TuranBank ilə AYİB arasında uğurlu əməkdaşlıq davam edir
Hazırda icrası davam edən iki layihə üzrə işlər yekunlaşmaq ürədir(®️) Nüfuzlu beynəlxalq maliyyə qurumları ilə fəal əməkdaşlıq edən TuranBank Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə birgə Maliyyə Vasitəçilərinin Bacarıqlarının artırılması üzrə Texniki Əməkdaşlıq Proqramı çərçivəsində həyata keçirdiyi layihələri uğurla davam etdirir.
Risk, Komplayans və MKOS subyektlərinin maliyyələşdirilməsi potensialının artırılması istiqamətində həyata keçirilən layihələr bankda risk nəzarət tədbirlərinin effektiv idarəsi, komplayans prosedurlarının beynəlxalq standartlara uyğunlaşdırılması, kreditləşmə potensialının gücləndirilməsi, təşkilati strukturun təkmilləşdirilməsi, mikro, kiçik və orta biznes subyektlərinin maliyyələşdirilməsi üzrə marketinq strategiyasının hazırlanması və sair istiqamətləri əhatə edir.
Layihələr AYİB tərəfindən cəlb edilən nüfuzlu maliyyə qurumları olan TA Consult Partners və Biznes və Maliyyə Məsləhət (BFC) şirkətləri tərəfindən uğurla icra edilir. Adıçəkilən layihə Avropa Birliyi EU4Business initiative Fondu, Türkiyənin Xəzinə və Maliyyə Nazirliyinin dəstəyilə həyata keçirilir.
Layihərin icrasının qısa müddətdə yekunlaşdırılması və əldə edilən biznes istiqamətlərin bu ilin sonunadək bankda tətbiqinə başlanılması planlaşdırılır.
Xarici maliyyə qurumları ilə əməkdaşlığa xüsusi önəm verən Bankımız bundan sonra da potensial biznes layihələri üzrə həm Avropa Yenidənqurma və İnkişaf Bankı, həm də digər maliyyə qurumları ilə əməkdaşlığı davam etdirəcəkdir.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 4 saat əvvəl
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
8 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
9 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
9 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
9 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
Ən çox oxunanlar
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib


























