Azərbaycanın dövlət şirkəti qızıl və gümüş məhsullarının ilk satış mərkəzini yaradır
Zərgərlik bazarının təşviq edilməsi və bu sahədə ikinci əl bazarının “kölgə iqtisadiyyatı”ndan çıxarılmasına töhfə verilməsi məqsədilə “AzerGold”un istehsal etdiyi qızıl və gümüş məhsulların ilk satış və mübadilə mərkəzinin yaradılması istiqamətində intensiv iş aparılır.
Marja xəbər verir ki, bu, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin 5 illik fəaliyyətinə dair Şirkətin İdarə Heyətinin sədri Zakir İbrahimovun mətbuata yazılı açıqlamasında bildirilir.
“Məlumat üçün bildirim ki, mərkəzdə ilk dəfə Cəmiyyətin istehsalı olan külçələrin, qızılın dünya birjasındakı cari qiymətinə uyğun geri alışı da təmin ediləcək”,- Zakir İbrahimov qeyd edib.
QSC-nin sədri bildirib ki, cari ilin əvvəlindən etibarən İqtisadiyyat Nazirliyi və digər aidiyyəti dövlət qurumları tərəfindən zərgərlik sənayesinin inkişafına töhfə vermək məqsədilə hazırlanan təkliflər əsasında vergi və gömrük qanunvericiliklərinə dəyişikliklər edilib. Bu dəyişikliklər zərgərlik sahəsinin daha da şəffaflaşmasına, məhsulların keyfiyyətinə nəzarət tədbirlərinin gücləndirilməsinə və ümumən “AzerGold” və zərgərlik bazarının digər iştirakçıları üçün sağlam rəqabət mühtinin yaradılmasına xidmət edir. Müvafiq sahədə fəaliyyət göstərən dövlət və özəl sahibkarlıq subyektləri üçün yaradılmış bu geniş imkanlar fonunda “AzerGold” yeni məhsul kolleksiyasını təqdim etməyə hazırlaşır. Bu kolleksiyaya Heydər Əliyev Mərkəzi və “AzerGold” tərəfindən birgə təşkil edilmiş, Qarabağa həsr olunmuş müsabiqənin nəticələrinə əsasən seçilmiş yeni növ sikkələr də daxildir.
Qeyd edək ki, ölkənin aparıcı qızıl hasilatçısı və ixracatçısı kimi “AzerGold” 2018-ci ildən yerli pərakəndə bazara Azərbaycan qızılı və gümüşündən hazırlanan məhsulları təqdim edir. Bu məhsulların satışı “AzerGold”un ümumi dövriyyəsinin cüzi bir hissəsini təşkil edir. Həyata keçirilən bu layihə məhz mədəniyyətimiz, incəsənətimiz və tariximizin, bir sözlə milli dəyərlərimizin, eləcə də “Made in Azerbaijan” brendinin təbliğinə yönəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
12 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir












.jpg)





