AccessBank 2021-ci ilin birinci yarısının maliyyə hesabatını açıqladı
Mikro, kiçik və orta biznesin kreditləşməsi bazarının lideri olan “AccessBank” 2021-ci ilin ilk yarısının maliyyə göstəricilərini elan edib.
“AccessBank”dan Marja-ya daxil olmuş məlumata görə, 2021-ci ilin birinci yarısının sonuna Bankın aktivləri 886 milyon manat təşkil edib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34,8 milyon çoxdur.
Eyni tarixə Bankın xalis kredit portfeli 501,3 milyon manat olub. Kreditlər üzrə mümkün zərərləri ödəmək üçün rezevləri çıxmaq şərtilə Bankın ümumi portfeli 545,6 milyon manat olub. Bankın balansındakı kredit portfelinin payı 59%-dən 62%-ə qalxıb.
2021-ci ildə “AccessBank” 272 milyon manat məbləğində kredit verib. Bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 113,6 milyon çoxdur.
Kredit portfelinin artımı 2020-ci ilin sonu ilə müqayisədə 43 milyon manat təşkil edib.
Verilən aylıq kreditlərin 53%-dən çoxu bölgə filiallarının payına düşüb. Ümumi mikrokreditlərin 37%-i isə kənd təsərrüfatı ilə məşğul olan bizneslərə verilib.
İyun ayının sonuna Bankın əmanət portfeli 626 milyon manat təşkil edib. Bu isə 2020-ci ilin sonu ilə müqayisədə 1.6 milyon manat azdır.
2021-ci ilin birinci yarısında Bankın xalis faiz gəlirləri 25.2 milyon manata bərabər olub. Bu da ötən yarım illə müqayisədə 2.4 milyon manat azalıb.
Hazırda Bankın cəmi balans kapitalı 76.2 milyon manat təşkil edir ki, bu da minimum məcmu kapital normasından (50 milyon manat) 26.2 manat artıqdır.
2021-ci ilin iyun ayının sonuna Bankın ani likvidlik əmsalı 75.2% təşkil edib. Bu isə normadan (30%) təxminən 2.5 dəfə yüksəkdir.
Qeyd edək ki, “AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
4 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub














.jpg)









