Bu gün Dollar ilə bağlı nələr baş verdi? - GÜNƏ BAXIŞ
Hələ də çoxları “bu bir oyundur” deyərək Dolların ucuzlaşmasına inanmasalar da, Manat rəsmi olaraq xeyli dəyər qazanıb. Son iki ayda Manat Dollar qarşısında rəsmi olaraq 11%, banklarda isə 15% bahalaşıb.
- Səhər saat 09:20-də Mərkəzi Bank Mayın 18-nə USD/AZN rəsmi məzənnəsini 1.7022 manat səviyyəsində açıqladı.
- Saat 09:30-dan başlayaraq banklarda Dolların alış və satış qiymətlərinin qalxdığı müşahidə olundu. Dolların satış qiymətləri əsasən 1.7000 - 1.7200 manat arasında dəyişdi.
-Saat 12:00-da Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirildi. Hərracda manatın orta çəkili məzənnəsi 1,7023 manat səviyyəsində formalaşdı. Başqa sözlə, hərracda Manat cüzi ucuzlaşdı.
- Hərracdan sonra da banklarda Dolların alış və satış qiyətlərinin qalxdığı müşahidə olundu. Axşam saatlarında Dolları ən baha (1.6950 manata) Amrahbank və Günaybank alırdı. Dolları ən ucuz (1.7020 manata) satan Dəmirbank və Rabitəbank idi.
-Günortadan sonra bu da məlum oldu ki, bu gün Neft Fondu hərraca 35 milyon dollar çıxarılıb. Həmin vəsaitin hamısı satılıb. Ancaq bankların tələbi tam ödənilmədiyindən hərraca əlavə 12 milyon 850 min dollar çıxarılıb. Beləliklə, valyuta hərracında ümumilikdə 47 milyon 850 min dollar satılıb.
UNİBANK MOBİLE - BANKDAN DAHA YAXIN
- Axşam saat 17:05-də Mərkəzi Bank 19.05.2017-cı il tarixinə USD/AZN rəsmi məzənnəsinin 1,7023 səviyyəsində müəyyən olunduğunu açıqladı. Bu hərracdakı orta çəkili məzənnə ilə eyni idi.
Qeyd edək, Mərkəzi Bank depozit hərracları və notların yerləşdirilməsi ilə izafi manat kütləsini dövriyyədən çıxardır. Manatın qıtlaşması Dollar alışını da məhdudlaşdırır (tələbi azaldır) və bu da Dolların kəskin qalxmasının qarşısını alır. Digər tərəfdən, neft bahalaşır, Azərbaycanın ixracı artır, idxalı isə azalır, valyuta ehtiyatlarımız artır və s.
Əlavə edək ki, Fevralın 1-də Dollar/Manat rəsmi məzənnəsi 1.92 manat səviyyəsinə çıxmışdı. Həmin gün bəzi banklar Dolları 1.94-1.95 manata alıb, 1.99 manatdan baha satırdılar.
OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!
Saat 17:00-a banklarda Dollar və avronun alış-satış qiymətləri
Adı | Dollar | Avro | ||
| Alış | Satış | Alış | Satış |
1.6510 | 1.7110 | 1.8402 | 1.9161 | |
1.6500 | 1.7050 | 0.00 | 0.00 | |
1.6800 | 1.7200 | 1.8724 | 1.9255 | |
1.6950 | 1.7050 | 1.8870 | 1.9070 | |
1.6900 | 1.7100 | 1.8800 | 1.9100 | |
1.6750 | 1.7050 | 1.8500 | 1.9050 | |
1.6800 | 1.7050 | 1.8400 | 1.9150 | |
1.6500 | 1.7200 | 1.8402 | 1.9256 | |
1.6700 | 1.7100 | 1.8550 | 1.9200 | |
1.6920 | 1.7150 | 1.8700 | 1.9050 | |
1.6900 | 1.7150 | 1.8700 | 1.9200 | |
1.6800 | 1.7100 | 1.8450 | 1.9220 | |
1.6800 | 1.7030 | 1.8800 | 1.9050 | |
1.6800 | 1.7100 | 1.8500 | 1.9100 | |
1.6850 | 1.7080 | 1.8600 | 1.9100 | |
1.6500 | 1.7150 | 1.8270 | 1.9640 | |
1.6850 | 1.7020 | 1.8745 | 1.8975 | |
1.6930 | 1.7100 | 1.8700 | 1.9200 | |
1.6950 | 1.7050 | 1.8850 | 1.9130 | |
1.6850 | 1.7050 | 1.8560 | 1.9255 | |
1.6300 | 1.7100 | 1.8000 | 1.9100 | |
1.6900 | 1.7050 | 1.8500 | 1.9050 | |
1.6850 | 1.7150 | 1.8600 | 1.9050 | |
1.6750 | 1.7070 | 1.8595 | 1.9115 | |
1.6690 | 1.7020 | 1.8590 | 1.9160 | |
1.6940 | 1.7040 | 1.8770 | 1.9100 | |
1.6850 | 1.7100 | 1.8307 | 1.9041 | |
1.6600 | 1.7100 | 1.8200 | 1.9380 | |
1.6900 | 1.7100 | 1.8402 | 1.9351 | |
1.6650 | 1.7030 | 1.7800 | 1.9000 | |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 gün sonra
-
5 saat sonra
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
- 5 d. əvvəl
-
- 49 d. əvvəl
-
52 d. əvvəl
ING: Azərbaycan Mərkəzi Bankı növbəti qərarlarında uçot dərəcəsini azaltmayacaq
- 54 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Nvidia" şirkəti "Marvell" şirkətinə 2 milyard dollar investisiya yatırdığını açıqlayıb
-
3 saat əvvəl
Tramp İran müharibəsini 2–3 həftə ərzində başa çatdıracaqlarını bildirib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
Aprel ayının hava proqnozu açıqlanıb
Mərkəzi Bank: Növbəti qərar sabah saat 11:00-da açıqlanacaq
Unibank bir günlük 0 % komissiyalı kredit aksiyası keçirir
Azərbaycan neftinin qiyməti 132 dolları ötüb
ABŞ 3-cü təyyarədaşıyan gəmisini Yaxın Şərqə göndərib
Ən çox oxunanlar
"Nvidia" şirkəti "Marvell" şirkətinə 2 milyard dollar investisiya yatırdığını açıqlayıb
Tramp: Hörmüz boğazı özü açılacaq, İran artıq məğlub edilib
İran sabahdan ABŞ-a bağlı İT və texnologiya şirkətlərini vuracağı ilə bağlı xəbərdarlıq edib
Bakıda yağışla bağlı bəzi sakinlər hotellərə yerləşdirilib
Baffetdən xüsusi açıqlamalar: "Qeyts ilə əlaqəni kəsmişəm"
Mikayıl Cabbarov “Fiba Holdinq”in nümayəndələri ilə görüşüb, əməkdaşlıq müzakirə edilib
Trampdan ABŞ-ın müttəfiqlərinə sərt reaksiya: Gedin reaktiv yanacağınızı Hörmüz boğazından alın

















