“Coca-Cola” Azərbaycanda yeni zavodun tikiləcəyi yeri müəyyənləşdirib
“Coca-Cola” şirkətinin Azərbaycanda 2-ci istehsal müəssisəsi İsmayıllı rayonunun Topçu kəndində tikəcək.
Marja xəbər verir ki, bunu Rayon İcra Hakimiyyəti başçısı Topçu kəndində sakinlərlə görüşdə bildirib.
Rayon rəhbəri çıxış edərək bildirib ki, Topçu kəndində yeni istehsal müəssisəsinin - “Coca-Cola” zavodunun tikintisinə başlanılacaq. Qeyd edib ki, məşğulluğun, eləcə də rayonun inkişafına təkan verən bir çox məqsədlərlə həyata keçiriləcək bu layihə kənddə də işsizliyin aradan qaldırlmasına səbəb olacaqdır. Layihə çərçivəsində 900 nəfərə yaxın iş yerinin açılmasının nəzərdə tutulduğunu kənd camaatının diqqətinə çatdırıb.
Xatırladaq ki, 01 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə “Azərbaycan Coca-Cola Bottlers Limited” MMC arasında yeni zavodun tikintisi barədə Anlaşma Memorandumu imzalanıb.
Anlaşma Memorandumu imzalanan vaxt bildirilmişdi ki, 30 milyon ABŞ dollarından çox sərmayə qoyuluşunu nəzərdə tutan investisiya planına əsasən, “Azərbaycan Coca-Cola Bottlers” MMC İsmayıllı, Oğuz və ya Qəbələ rayonlarının birində beynəlxalq keyfiyyət və təhlükəsizlik standartlarına cavab verən yeni istehsal zavodu quracaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
9 d. əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 16 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)








.jpg)






