Risklərin idarə edilməsi müzakirə edilir - FORUM

Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA: Accountants and Risk Professionals Association) 19 may 2017-ci il tarixində “Holiday İnn Baku” otelində işə başlayan növbəti forumu “Maliyyə sektorunda informasiya texnologiyaları risklərinin idarəedilməsi” mövzusuna həsr edilib.
Forumda ARPA-nın əsas tərəfdaşları - Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ilə ADA Universitetidir. Sponsor qismində isə “AtaBank”ASC, “Deloitte Azərbaycan” şirkəti və Beynəlxalq Maliyyə Korporasiyası çıxış edir.
Forumda Azərbaycanda fəaliyyət göstərən və ölkəmizin hüdudlarından kənarda risklərin idarə olunması, İT, bank və maliyyə sektorlarında kifayət qədər nüfuz qazanmış 50-dən artıq dövlət və özəl qurumları, mötəbər reytinq agentlikləri, qlobal auditor şirkətlərindən 100-ə yaxın nümayəndə iştirak edir.
Forumun moderatoru Growth International şirkətinin partnyoru İlqar Əliyev bu gün qlobal miqyasda İT risklər və onların iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən maliyyə sektoruna göstərdiyi təsir haqqında məlumat verərək, kiberhücumlara qarşı mübarizənin aktuallığı və bu istiqamətdə mövcud durumun Forumda geniş müraciət ediləcəyini söylədi və Forum iştirakçılarının peşəkar risk, maliyyə və İT mütəxəssisləri olmasını nəzərə alaraq hamını müzakirələrdə fəal iştirak etməyə dəvət etdi.
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının Müşahidə Şurasının Sədri Rüfət Mahmud Forum iştirakçılarını salamlayaraq, təşkilatçılara və sponsorlara təşəkkürünü bildirdi. ARPA-nın bu sahədə fəaliyyəti haqqında ətraflı məlumat verməklə, Forumda iştirak edən korporativ və fərdi üzvlərin fəallığını xüsusilə vurğuladı. Qısa təqdimat zamanı R.Mahmud iri həcmli məlumatların mühafizəsi, kibertəhlükələrə və İT təhlükəsizlik baxımından qorunması məsələlərini işıqlandırmaqla, forumun ana mövzusuna giriş verdi.
Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Baş Analitiki İlqar Hidayətov “Kredit təşkilatlarında informasiya təhlükəsizliyinin idarə olunması” mövzusunda təqdimata keçməzdən əvvəl qonaqlara və təşkilatçılara təşəkkürünü bildirdi, eyni zamanda çalışdığı qurumun bu sahədə gördüyü işlər haqqında ətraflı məlumat verməklə yanaşı, tənzimləyici orqanda bu istiqamətdə gözləntiləri də açıqladı.
Rusiyadan gəlmiş KPMG-nin İnformasiya Risklərinin İdarəedilməsi Qrupunun Baş Meneceri Andrey Drozdov Azərbaycanın bu sahədə irəliləyişlərinə sevindiyini və moderatorun peşəkarlığını İT risklər istiqamətində dünyada mövcud sertifikatların hamısına sahib olmasını vurğulayaraq ölkəmizdə informasiya texnologiyaları üzrə mütəxəssis sahəsində irəliləməsindən qürurla söz açdı. “Maliyyə sektorunda informasiya təhlükəsizliyi risklərinin idarə edilməsinin təşviqində tənzimləyici orqanların rolunun artırılması” mövzusunda təqdimatı zamanı natiq bu istiqamətdə mövcud beynəlxalq standartlar, Rusiya modeli üzərində həmin standartların tətbiqi, üstünlükləri və zəif cəhətləri haqqında danışdı və qlobal miqyasda tətbiq edilən yeniliklər haqqında ətraflı məlumat verdi. Təqdimat böyük maraqla qarşılandı.
Növbəti natiq ADA Universitetinin İT və Mühəndislik Məktəbinin professoru, Məlumat Elmi-Araşdırma və Təlim Mərkəzinin həmdirektoru Abzetdin Adamov “İri həcmli məlumatlar və onların etibarlılığı - açıqlıq və gözləntilər” mövzusunda təqdimatında gündəlik həyatda rəqəmsal dünyada məlumat mübadiləsi və onları gözləyən təhlükələrdən bəhs etdi. Çıxış zamanı qlobal şəbəkədə məlumat həcminin artıq mövcud hüdudları aşdığını və onlar DVD disk formatınəa keçirilərsə, toplu halında artıq Yerdən Aya qədər həcmə malik olduğunu bildirdi. Hətta sosial şəbəkələrdə yerləşdirilən və pozulan məlumatların yalnız vizual olaraq silindiyini və fərdi məlumatların serverlərdə hər zaman qaldığını deyərək, bizim sosial şəbəkələrdə uzun illərdən bəri yerləşdirdiyimiz məlumatları toplayaraq təhlil edən insanın bizi özümüzdən daha yaxşı tanımaq imkanı əldə etdiyini söyləməklə, Forum iştirakçılarının diqqətini irihəcmli məlumatların yerləşdirilməsi və mühafizəsində, İnternet şəbəkəsinə açıqlığında xüsusi olaraq ehtiyatlı olmağa cəlb etdi. Soraqça saytlarda səsli və yazılı axtarışlar zamanı şəxsi məlumatların serverlərdə saxlanması, SMART TV istifadəçılərinin irihəcmli məlumatlarının təhlükələrini xüsusilə qeyd etdi. Çıxış peşəkarlar arasında geniş müzakirələrə səbəb oldu.
Forum Britaniya Standartlar Institutunun aparıcı auditoru Nikolay Aqrinskinin “İT risklərin idarəedilməsi: beynəlxalq standartlar və qabaqcıl təcrübə” mövzusunda çıxışı ilə davam etdi.
Daha sonra Forum Deloitte şirkətinin direktoru Tural Hacıyev “Azərbaycanda İT idarəetmə” mövzusunda, Baker McKenzie şirkətindən partnyor Altay Mustafayev “Maliyyə bazarları nöqteyi-nəzərindən kibertəhlükəsizliyin hüquqi aspektləri” mövzusunda, Microsoft şirkətinin Mühasibatlıq Texnologiyaları üzrə Strategiyaçı Qaçay Mirzəyev “Yoluxma xəritəsi və kibertəhlükəsizlik” mövzusunda, PwC şirkətinin Baş Meneceri Otabek Sidikov “Azərbaycanın maliyyə təşkilatlarında informasiya texnologiyalarına dair əsas məsələlər” mövzusunda, ADA Universitetinin İnformasiya Sistemləri üzrə Baş mütəxəssisi Rahid Ələkbərli “İnformasiya sistemləri” mövzusunda, Cisco şirkətinin nümayəndəsi Viktoriya İskoviç “Şəbəkə təhlükəsizliyi” mövzusunda, BEST Solution şirkətinin partnyoru Jana Krimpe “Mobil İT təhlükəsizlik” mövzusunda çıxışı və iştirakçılarla məhsuldar müzakirə şəraitində davam etməkdədir.
Müzakirələrdə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının, KPMG, ADA Universiteti, Böyük Britaniyanın Standartlar İnstitutu, Deloitte, Baker McKenzie, “Microsoft”, Ernst & Yang, CİSCO, PwC, Azərbaycanın dövlət qurumlarının, bank, maliyyə, sığorta, audit, konsaltinq şirkətlərinin nümayəndələri, ARPA-nın fərdi və korporativ üzvləri sözügedən istiqamətdə qarşılaşdıqları problemlər, əldə etdikləri nailiyyətlər və mövcud modellər haqqında danışdılar.
“RİSKLƏRİN İDARƏEDİLMƏSİ FORUMU-2017”uğurla davam etməkdədir.
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) ölkədə maliyyə və idarəetmə sahəsində, xüsusilə mühasibatlıq və risklərin idarə olunması istiqamətlərində mədəniyyətin zənginləşməsinə təkan vermək və bu yolla Azərbaycanda iqtisadiyyatın dayanıqlı inkişafına töhfə vermək məqsədi ilə 19 mart 2009-cu ildə təsis edilmişdir. Hazırda Assosiasiya 1000-dən çox fərdi, 30-dan çox korporativ üzvə malikdir.
Müştərilərin xəbərləri

TuranBank “Ən yaxşı KOS maliyyələşməsi layihəsi” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 11 d. əvvəl
-
21 d. əvvəl
Bank BTB “Zolotaya Korona” Liderlər Turniri 2025-in qalibi oldu
-
-
24 d. əvvəl
Azərbaycanın iri fondu Çin İnvestisiya Korporasiyası ortaq layihələr həyata keçirəcək
-
37 d. əvvəl
"Quş əti istehsalçıları avadanlıq idxalının 40 %-nin subsidiyalaşdırılmasından yararlana bilmirlər"
-
46 d. əvvəl
"600 kVt-lıq bir transformatorun qoyulması üçün 275 min manatadək haqq və rüsum tələb olunur"
-
1 saat əvvəl
Azərbaycan şirkəti bu ildən 10 metrlik avtobuslar istehsal edəcək
-
1 saat əvvəl
Çinin BYD şirkəti Azərbaycan bazarında 2 rəsmi nümayəndə ilə təmsil olunur
-
1 saat əvvəl
Tramp yaxın günlərdə Putinlə danışacağını gözlədiyini bildirib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Çinin valyuta ehtiyatları 3 trilyon 322 milyard dollara çatıb
- 2 saat əvvəl
Son Xəbərlər

"Kənd təsərrüfatı təyinatlı" adı altında qeydiyyata alınan torpaqların xeyli hissəsi nə əkin , nə də örüş kimi yararlı deyil"

Bank BTB “Zolotaya Korona” Liderlər Turniri 2025-in qalibi oldu

Azərbaycan şirkəti bu ildən 10 metrlik avtobuslar istehsal edəcək

Tramp yaxın günlərdə Putinlə danışacağını gözlədiyini bildirib

Neft sanksiya narahatlığı ilə bahalaşıb

Çinin valyuta ehtiyatları 3 trilyon 322 milyard dollara çatıb

SOCAR “UCC Holding” ilə anlaşıb

Rəsmi məzənnələr açıqlandı

"Bir fermer köhnə fermasını söküb yerində modern ferma qura bilmir. Yerli icra hakimiyyətləri imkan vermir"

OpenAI, LinkedIn-ə rəqib olacaq platforma yaradır

Neft ucuzlaşmaqda davam edir
