Disney pandemiyadan sonra ilk dəfə mənfəətə çıxıb
Disney+ abunəçiləri ikiqat artıb - 116 milyon…ABŞ-ın ən iri media və əyləncə holdinqlərindən biri, The Walt Disney Pictures, 20th Century Studios, Disney Channel, National Geographic kimi biznesləri özündə birləşdirən Walt Disney şirkəti (qısaca Disney) koronavirus pandemiyasından bəri ilk dəfə mənfəətə çıxdığını açıqlayıb.
Marja şirkətin rəsmi təqdimatına istinadla xəbər verir ki, cari ilin aprel-iyun aylarında bütün seqmentlər üzrə gəlir 17,02 milyard dollar təşkil edib. Bu rəqəm ötən ilin müvafiq dövründən 45% çoxdur. Xalis mənfəət isə 923 milyon dollar olub. Ötən il şirkət 4,72 milyard dollar zərər etmişdi.
Gəlirlərin böyük hissəsi - 12,68 milyard dolları Disneyin Media və Əyləncə bölməsindən, 4,34 milyard dolları isə Disney Parklarından və digər məhsullardan daxil olub.
Şirkətin müştərilərə birbaşa yayım xidməti olan Disney+ abunəçilərinin sayını ötən illə müqayisədə ikiqat artırıb: 57 milyon nəfərdən 116 milyon abunəçiyə çatdırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
11 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
12 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
13 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI























