“2 trilyonluq klub”a yeni üzv gəlir
Apple və Microsoftdan sonra 3-cüdür...Qlobal miqyasda bazar dəyəri 2 trilyon dollara çatan şirkətlərə daha biri qoşulmaqdadır.
Marja xəbər verir ki, ötən ilin avqustunda bu həddi aşan Apple və 2021-ci ilin iyununda kapitallaşması 2 trilyon dollara çatan Microsoftdan sonra Google-un ana şirkəti Alphabet də sürətlə həmin hədəfə doğru gedir.
Dünən artıq dördüncü gündür ki, Alphabet-in səhmləri rekord qiymətlə artıb. Son 52 həftədə qiymət bir səhmə görə 1402 dollardan 2848 dollara qədər yüksəlib. Təkcə bu il şirkətin dəyəri 60%-ə yaxın artıb. Bu isə Facebook-un əldə etdiyi artımın 2 qatı deməkdir.
Nəticədə, hazırda Alphabet-in bazar dəyəri 1,93 trilyon dollara yaxındır. Səhm qiymətlərinin artımı hazırkı templə davam etsə, şirkətin növbəti 2 trilyon dollarlıq nəhəngə çevrilməsi çox qısa müddətdə gerçəkləşəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
37 d. əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
7 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
8 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
9 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI
























