ASC-lər bu məlumatları hər il dərc etməyə borcludurlar - DƏYİŞİKLİK
Mülki Məcəllənin 99,2-ci maddəsi yeni redaksiyada qüvvəyə minib.
“Marja” xəbər verir ki, bundan sonra açıq səhmdar cəmiyyətləri (ASC) nəyinki balanslarını, götürdükləri kredit, investisiya həcmi və mənbəyi, vəzifəli şəxslər və s. barədə məlumatları da hər il dərc etməyə borclu olacaqlar.
İndiyədək 99,2-ci maddədə göstərilirdi ki, açıq səhmdar cəmiyyəti illik hesabatını və mühasibat balansını hamının tanış olması üçün hər il dərc etməyə borcludur.
Yeni redaksiya isə aşağıdakı şəlkildədir.
Açıq səhmdar cəmiyyəti illik hesabatını və mühasibat balansını, habelə aşağıdakı məlumatları hamının tanış olması üçün hər il dərc etməyə borcludur:
- hesabat dövrü üzrə maliyyə göstəriciləri;
- aidiyyəti şəxslərlə bağlanılmış və xüsusi əhəmiyyətli əqdlər;
- cəlb edilmiş maliyyə vəsaitləri;
- idarəetmə orqanları və vəzifəli şəxslər, onların əsas və əlavə iş yerləri;
- idarəetmə strukturu;
- inkişaf siyasəti;
- səhmdar kapitalının gəlirliyi və dividend siyasəti;
- idarəetmə orqanlarının üzvlərinə verilən ödənişlər;
- investisiyaların həcmi və mənbəyi;
- cəmiyyətin qiymətli kağızlarının dövriyyəsi və gəlirliyi;
-. ictimai layihələr.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 d. əvvəl
-
- 2 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır




















