Avropa Mərkəzi Bankı faiz dərəcəsini sıfırda saxlayır - QƏRAR
Avropa Mərkəzi Bankı (AMB) faizləri və pandemiya alış proqramını 1,85 trilyon avroda dəyişməz saxlayıb. Ancaq AMB pandemiya alışlarını mülayim şəkildə yavaşladacaq
Avropa Mərkəzi Bankı (AMB, ECB) əsas (baza) faiz dərəcəsini sıfır səviyyəsində saxlayıb. Marja xəbər verir ki, müvafiq qərar bu gün tənzimləyicinin İdarə Heyətinin iclasında qəbul edilib.
Depozitlər üzrə faiz dərəcəsi də eyni səviyyədə - mənfi 0,5%-də, qısamüddətli kreditlər üzrə faiz 0,25%-də saxlanılıb.
İdarə Heyəti, "faiz dərəcələrinin, inflyasiya hədəflənən səviyyə olan 2% -ə çatana qədər cari səviyyələrdə və ya aşağı qalacağını" gözləyir.
Eyni zamanda, komitənin fikrincə, orta müddətdə hədəf səviyyəsində inflyasiyanın sabitləşməsinə nail olmaq olar.
ECB, aylıq 20 milyard avroluq aktiv satınalma (APP) proqramına davam edəcək. Tənzimləyici əlavə edib ki, eyni zamanda, bu proqram çərçivəsində alınan qiymətli kağızlar üzrə ödənişlərin yenidən yatırılması da əsas faiz dərəcələrinin artırılması mərhələsinin başlanmasından çox sonra baş verəcək.
Tənzimləyici, pandemiya ilə əlaqədar olaraq ən azı 2022-ci ilin mart ayının sonuna qədər və ya koronavirusla əlaqəli böhran mərhələsinin bitməsinə qərar verilənə qədər cəmi 1,85 trilyon avroluq istiqraz satın alma proqramını (PEPP) davam etdirəcək. Amma bu proqram daxilindəki alışların yavaş ediləcəyinin mesajını verib.
"İdarə Heyəti, zərurət yarandıqda, hədəfinə doğru inflyasiyanın davamlı hərəkətini təmin etmək üçün bütün vasitələrini tənzimləməyə hazırdır", - ECB vurğulayıb.
Avropa Mərkəzi Bankının növbəti iclası oktyabrın 28 -də baş tutacaq.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —
-
4 d. əvvəl
Dövlət fondu özəl şirkətin səhmdarları sırasına daxil olur - MÜQAVİLƏ İMZALANDI
-
-
27 d. əvvəl
Azərbaycan şirkətinin rəhbərinin ideyası əsasında ofis əməkdaşları üçün universal kreslo hazırlanıb
- 47 d. əvvəl
-
1 saat əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —

Azərbaycan şirkətinin rəhbərinin ideyası əsasında ofis əməkdaşları üçün universal kreslo hazırlanıb

Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ

Azərbaycan neftinin son qiyməti

Ölkənin ən böyük musiqi festivallarından biri baş tutub

Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar

1 trilyon dollardan artıq aktivləri idarə edən şirkət Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq

18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
