Elektriklə işləyən ilk pikap istehsal olunub
Tesla, General Motors, Ford kimi nəhəngləri qabaqlayıb...ABŞ-ın elektrikli avtomobillər, xüsusən SUV və pikap modellərinin istehsalçısı Rivian bir ilkə imza atıb.
Marja xəbər verir ki, şirkətin ilk pikapı olan R1T-nin birinci nüsxəsi zavoddan buraxılıb.
Bununla da, Rivian elektromobil bazarının lideri Teslanı, eləcə də General Motors və Ford kimi ənənəvi nəhəngləri qabaqlayaraq, ilk elektrikli pikap-ın müəllifi kimi tarixə düşüb. Modelin kütləvi istehsalı və satışı 2022-ci ildən başlayacaq.
Zavod satış qiyməti 68 min dollardan başlayan Rivian R1T hər biri ayrıca təkərə qoşulan dörd mühərrikə malikdir. 96 km/saat sürəti 3 saniyəyə yığan avtomobil 135 kvat/saatlıq batareya ilə təchiz olunub. Bu isə tam enerji yığdıqda 500 km-ə qədər məsafə qət etməyə imkan verəcək.
2009-cu ildə qurulan Rivian indiyə qədər investorlardan 6 milyard dollardan çox vəsait cəlb edib. Şirkətin əsas istehsal bazası 2017-ci ildə 16 milyon dollara Mitsubishi-dən aldığı İllinoysdakı keçmiş avtomobil zavodudur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
5 saat əvvəl
İxracatçılara böyük dəstək: Dövlət daşıma xərclərinin 70%-ni ödəyəcək
-
6 saat əvvəl
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
-
7 saat əvvəl
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
-
7 saat əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 8 saat əvvəl
-
9 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"





















