“Ürəklər”inizlə ətraf mühitin qorunmasına dəstək olun!
(®) Kapital Bank mütəmadi olaraq ətraf mühitin qorunması, ekoloji şəraitin yaxşılaşdırılması istiqamətində müxtəlif sosial aksiyalar təşkil edir. Bu istiqamətdə olan əsas layihələrdən biri ağacəkmə ilə bağlıdır. Bu dəfə Birbank istifadəçiləri həmrəylik göstərərək yeni bir aksiyaya qoşula bilərlər.
Bildiyiniz kimi, 2021-ci il ölkə başçısı tərəfindən “Nizami ili” elan olunub. Həmçinin bu il dahi mütəfəkkirin 880 illik yubileyi qeyd olunub. Bu münasibətlə Gəncədə olan Nizami məqbərəsinin ətrafında 880 ağac əkilir. Layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən keçirilir.
Birbank istifadəçiləri bonus şəklində topladıqları “Ürəklər”ini ağacəkməyə “xərcləyə” bilərlər. Belə ki, 1 sentyabr 2021-ci il tarixindən başlayaraq 50 000 “ürəyi” əkiləcək 1 ağaca dəyişmək mümkündür. Birbank istifadəçiləri POS terminal, İnternet və Birbank vasitəsilə nağdsız ödənişlər edərək, “Ürək” qismində olan bonuslar qazana bilirlər.
3 milyondan artıq istifadəçi tərəfindən yüklənən Birbank-ın bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, kredit və BirKart sifarişi, NFC ödənişlər imkanı, rəqəmsal kart sifarişi, bankomatdan QR kod vasitəsilə nağdılaşma, istənilən bankların ödəniş kartlarını əlavə etmək imkanı, əməliyyatlara və hesaba bağlı bonusların idarə edilməsi və s.
Ödəniş kartlarının təhlükəsiz istifadə olunması üçün yaradılan funksionallıqlar da əsas özəlliklər sırasındadır. Birbank-da kartı bloklamaq, PİN kodunu dəyişmək, 3DS və SMS xəbərdarlıq xidmətlərinə qoşmaq və ən əsası istifadə üzrə gündəlik və aylıq limitləri təyin etməkdir. Ətraflı məlumat üçün www.birbank.az saytına müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)









.jpg)



