Azərbaycanda buğda istehsalı 60%-ə yaxın artacaq - QLOBAL PROQNOZ
Qəhvəni isə “çıraqla axtaracağıq”, üstəlik şəkər tozu da tapılmayacaq....İqlim dəyişiklikləri uzunmüddətli perspektivdə (2070-2099-cu illər) dünyanın şəkər çuğunduru, qəhvə və qarğıdalı istehsalını ciddi şəkildə azaldacaq.
Marja xəbər verir ki, bu barədə ekologiya və inkişaf problemlərini araşdıran beynəlxalq QHT - Stokholm Ətraf mühit İnstitutunun dünən dərc olunan son hesabatında qeyd olunur.
Hesabat ABŞ, Rusiya, Çin və Braziliya kimi iri dövlətlərin iqlim dəyişikliyinə əsas təsir göstərən iqtisadiyyatlar olduğunu vurğulayır. Qlobal temperaturun getdikcə yüksəlməsi orta-uzun müddətli perspektivdə ərzaq balansındakı əsas məhsullara aşağıdakı kimi təsir edəcək:
Qarğıdalı: 27,2% azalma, risk-imkan nisbəti - 43:1. Ölkələr üzrə ən çox azalma ABŞ (-45,5%), Macarıstan (-45%), Ukrayna (-29,5%) və Braziliyada (-22%) baş verəcək. Nəticədə məhsulun böyük idxalçıları olan Latın Amerikası ölkələri ən çox defisitlə üzləşəcək;
Düyü: 8,1% azalma, risk-imkan nisbəti - 6:1. Ən çox azalma 1 nömrəli istehsalçı Taylandın payına düşəcək: -34,9%. İri idxalçılar olan Afrika ölkələri və Meksika defisit yaşayacaq;
Şəkər çuğunduru: 58,5% azalma, risk-imkan nisbəti - 25:1. Bu məhsul qida səbətində ən defisit elementə çevriləcək. Ən iri istehsalçı olan Braziliyada (illik ixrac - 206 milyon ton) azalma 65,6%, Taylandda (illik ixrac - 51 milyon ton) 77,6%, Kubada (illik ixrac - 16,35 milyon ton) 65,3%, Hindistanda 61,7% təşkil edəcək. Defisitlə üzləşəcək ən iri idxalçılar Rusiya, BƏƏ, Nigeriya, Almaniya və Gürcüstandır.
Soya: 7,2% azalma, risk-imkan nisbəti - 2:1. İki ən iri istehsalçı - ABŞ-da azalma 29%, Braziliyada 12% təşkil edəcək. Yaponiya, Meksika, Almaniya və Fransa ən iri idxalçılar olaraq qalacaq;
Qəhvə: Arabica növü - azalma 45,2%, risk-imkan nisbəti - 1560:1; Robusta növü - azalma 23,5%, risk-imkan nisbəti - 336772:1.
Arabica növlü qəhvənin ən iri istehsalçısı Braziliyada azalma 63,7% təşkil edəcək, digər Latın Amerikası ölkələrində 30-60% arasında dəyişəcək. Bu isə o deməkdir ki, 50-yə yaxın ölkədə, o cümlədən Almaniya, İtaliya, İsveç, Fransa, Niderland, Yunanıstan, Türkiyə, Norveç, Argentina, Slovakiya kimi iri idxalçılarda ciddi kofe qıtlığı yaranacaq.
Hesabatda əksinə, artım proqnozu verilən yeganə məhsul buğdadır. Uzunmüddətli perspektivdə artım 14%, risk-imkan nisbəti 1:1 olacaq. Maraqlıdır ki, ən iri istehsalçılardan olan ABŞ-da (ixrac - 31 milyon ton) istehsal həcmi 64%, Kanadada 13%, Rusiya və Çində təxminən 9%, Qazaxıstanda 20% azalacaq. Əvəzində Ukraynda 33%, Argentinada 27,8%, Almaniyada 38%, Fransada 34,6%, Özbəkistanda isə rekord həcmdə - 194% artım olacaq.
Hesabatda əsas ərzaq məhsullarının Azərbaycandakı istehsal həcmi barədə də proqnoz verilib. Belə ki, qarğıdalı tədarükü 5,6%, şəkər çuğunduru 25,6% azalacaq. Soya (+18,5%) və düyü-çəltik (+13,5%) istehsalında artım qeydə alınacaq. Ən iri artım həcmi isə taxıl istehsaında baş verəcək (+ 58,5%).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
27 d. əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
-
58 d. əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Əsas səhmdarı SOCAR olan Bankın mənfəəti 2 dəfədən çox azalıb - BU BANKDA MƏNFİ TENDENSİYA BAŞ VERİB
-
2 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
2 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Əsas səhmdarı SOCAR olan Bankın mənfəəti 2 dəfədən çox azalıb - BU BANKDA MƏNFİ TENDENSİYA BAŞ VERİB
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI
Dekabrda Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 3%-dən çox, mobil internetin sürəti isə 6%-dək artıb
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
Mənzil axtaranların diqqətinə: Yasamalda büdcəyə uyğun, tam təmirli mənzillər satışda






















