İlham Əliyevdən “Azər-Türk Bank” və "Azərsığorta" ilə bağlı SƏRƏNCAM
“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verildi.
Azərbaycan Prezidenti İlham Əliyev "“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin və Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında" Sərəncam imzalayıb.
Marja xəbər verir ki, Sərəncam ilə, “Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulan “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.
Sərəncamda deyilir:
2. Azərbaycan İnvestisiya Holdinqi:
2.1. beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, mövcud müqavilə öhdəliklərinə riayət olunması şərtilə “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin və Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyətinin yekunlarının diaqnostikasının aparılmasını dörd ay müddətində təmin edib nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.2. bu Sərəncamın 2.1-ci bəndində nəzərdə tutulan diaqnostika başa çatdıqdan sonra, onun nəticəsindən asılı olaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin və Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Müəyyən edilsin ki, bu Sərəncamın 2.1-ci və 2.2-ci bəndləri icra olunanadək “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin və Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin idarəetmə orqanları fəaliyyətini davam etdirsinlər.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
4 d. əvvəl
Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyində nöqsanlar aşkarlanıb
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
13 d. əvvəl
Sənədləşmələrdə heyvanların sayını artıq göstərilib , 39 milyon manat "xərclənib"
-
27 d. əvvəl
Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində ciddi nöqsanlar aşkarlayıb
-
1 saat əvvəl
IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir
-
2 saat əvvəl
“PAŞA Bank” nüfuzlu “İNMerge” innovasiya sammitinin platin sponsorudur
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
AFB Bank tibb işçiləri üçün nağd pul krediti üzrə xüsusi kampaniya təqdim edir
-
3 saat əvvəl
Unicapital rəhbərliyi AmCham-ın təşkil etdiyi forumda çıxış etdi
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyində nöqsanlar aşkarlanıb

Sentyabrın 27-də gözlənilən hava şəraiti

Unicapital rəhbərliyi AmCham-ın təşkil etdiyi forumda çıxış etdi
Ən çox oxunanlar

Əməkhaqqı və təqaüd kartlarında bonuslar dövrü başlayır

Metropoliten sədrinə 4-cü müşavir təyin edilib

BMW ABŞ-da 196 minə yaxın avtomobili geri çağıracaq

Qanunsuz balıq ovu faktları aşkarlanıb - 9198 manat zərər

Milli Depozit Mərkəzi ilə Clearstream arasında əməkdaşlıq imkanları müzakirə edilib

“PAŞA Holding”in iştiraki ilə “Kibertəhlükəsizlikdə qadınlar: Karyera və təhsil” tədbiri keçirilib

Siniflər üzrə sığorta haqları və sığorta ödənişləri - SİYAHI
