Lirənin manata qarşı məzənnəsi tarixi minumumu yeniləyib
Oktyabrın 13-də Türkiyə lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi daha 0,4% azalaraq 0,1881 manat təşkil edib ki, bu da yeni tarixi minimum sayılır. Bundan əvvəl tarixi minimum oktyabrın 12-də qeydə alınıb.
Azərbaycan Mərkəzi Bankının (AMB) göstəriciləri əsasında aparılan hesablamalara görə, ilin əvvəlindən lirə manata nisbətdə 17,9% dəyər itirib.
Qeyd edək ki, indiyədək (denominasiyadan sonra – red.) lirənin manata qarşı ən yüksək dəyəri 2008-ci ilin yanvarın 15-də qeydə alınıb – 0,7363 manat. Son 10 ildə isə lirənin manata qarşı məzənnəsinin pik həddi 2011-ci ilin mayın 19-da qeydə alınıb – 0,5026 manat.
Xatırladaq ki, Türkiyə lirəsinin rekord səviyyələrə enməsi Türkiyə Mərkəzi Bankının uçot dərəcəsini gözlənilmədən (illik inflyasiyanın avqustda yüksək səviyyədə (19,25%) olmasına baxmayaraq) 19%-dən 18%-ə azaltdıqdan sonra baş verdi. Sentyabrın 24-dən sonra lirənin ABŞ dollarına qarşı məzənnəsi də tarixi minimumları yeniləməyə başladı. Türkiyə Mərkəzi Bankının məlumatına görə, hazırda 1 dolların satış qiyməti 9,0158 lirəyə bərabərdir.
AMB-nin rəsmi məzənnəsinə görə, hazırda 1 manat 5,3163 lirə təşkil edir.
©️ Apa
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
10 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























