Adında "sənaye" sözü olan bank, digər banklara depozit yerləşdirməklə məşğuldur
"Azərbaycan Sənaye Bankı" adını "Azərbaycan Depozit Bankı"na dəyişsə daha məqsədəuyğun ola bilər. Adında "sənaye" sözü olan bu bank, iqtisadiyyatın istehsal sektorunu maliyyələşdirməkdən daha çox digər banklara depozit yerləşdirib qazanc götürməklə məşğuldur.
Marja.az "Azərbaycan Sənaye Bankı"nın cari ilin 9 ayının yekunları üzrə maliyyə hesabatlarına istinadən xəbər verir ki, 30 Sentyabr 2021-ci il tarixində banklar da daxil olmaqla, maliyyə institutlarındakı depozitlər cəmi 481 milyon 800 min manat təşkil edib. Bu, Bankın cəmi aktivlərinin 55,6%-dir.
Eyni tarixdə müştərilərə verilən kreditlər cəmi 226 milyon 744 min manat olub, bu da cəmi aktivlərin 26,2%-dir. Diqqəti çəkən, digər banklarda yerləşdirilən depozitlərin müştərilərə verilən kreditlərdən 2 dəfə çox olmasıdır.
2020-ci ilin sonu ilə müqayisədə "Azərbaycan Sənaye Bankı"nın digər banklardakı depozitləri 37 milyon 762 min manat artıb, müştərilərə verilmiş cəmi kreditlər isə 90 milyon 247 min manat azalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
11 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)





.jpg)








