“Tikintiyə icazələrin verilməsi” üzrə işçi qrupunun növbəti onlayn iclası keçirildi
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Tikintiyə icazələrin verilməsi” üzrə işçi qrupunun növbəti iclası keçirilib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yaydığı məlumatda bildirilir ki, iclasda cari ilin 9 ayı ərzində Fəaliyyət Planının icrası ilə əlaqədar görülmüş işlər, icrası davam edən bəndlər üzrə hazırki vəziyyət, qarşıda duran vəzifələr və daha öncəki iclasda alınmış qərarların icra vəziyyəti müzakirə olunub.
Eyni zamanda, “Bir pəncərə” e-sistemi vasitəsilə ekspertizası tələb olunan obyektlər üçün icazələrin verilməsi modulunun istifadəyə verilməsi və sistemin məlumatlandırılma icraatı modulunun ölkə üzrə tətbiqi və genişləndirilməsinə dair vəziyyət haqqında məlumat iclas iştirakçılarının diqqətinə çatdırılıb və ümumilikdə e-sistemin təkmilləşdirilməsi yönündə aparılan işlər və gələcək hədəflər haqqında fikir mübadiləsi aparılıb.
Bununa yanaşı, 2021-ci ilin Fәaliyyәt Planının 9 aylıq yekun qiymәtlәndirilmәsinә hazırlıq və növbəti il üçün Fəaliyyət Planının hazırlanmasına dair təkliflərin təqdim edilməsi ilə bağlı işlərin sürətləndirilməsi və fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi qərara alınıb.
Qeyd edək ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13.07.2016-cı il tarixli Sərəncamı ilə yaradılmışdır. Məqsəd sahibkarlıq fəaliyyətinin optimal gəlirliliyini təmin edəcək və rəqabət prinsiplərinə əsaslanacaq biznes mühiti yaratmaq, ölkənin investisiya cəlbediciliyini artırmaq, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyini daha da yaxşılaşdırmaq üçün qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsi, bu istiqamətdə digər zəruri tədbirlərin görülməsinə nail olmaqdır. Qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi məqsədi ilə Komissiya tərəfindən 19 işçi qrupu yaradılmışdır. “Tikintiyə icazələrin verilməsi” üzrə işçi qrupuna Dövlət Şəhərsalma və Arxitektura Komitəsi rəhbərlik edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
10 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir













.jpg)


.jpg)


