Elman Rüstəmovla görüş təxirə salındı
“7 iyun 2017-ci il tarixinə planlaşdırılmış Azərbaycan Respublikası Mərkəzi Bankının Sədri Elman Rüstəmovun iştirakı ilə bank sektoruna və Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun iştirakı ilə turizm sektoruna həsr olunmuş Caspian Energy Forum-un xüsusi sessiyalar qeyri-müəyyən vaxtadək təxirə salınıb.Buna səbəb adları qeyd olunan dövlət məmurlarının qrafiklərinin gərgin olmasıdır", - deyə Caspian European Club və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktori Telman Əliyev bildirib.
"Rəhbərlik adından mən Caspian European Club və Caspian American Club-un üzvləri, həmçinin bu tədbirlərə gəlməyi planlaşdırmış xarici qonaqlar, şirkət və təşkilat rəhbərləri qarşısında üzr istəyirəm", - deyə o bildirib.
Onun sözlərinə görə, biznes-forumlarda 150-yə yaxın deleqatın, o cümlədən Xəzər-Qara dəniz regionu və Aİ ölkələrinin şirkət rəhbərləri və nümayəndələrinin iştirakı planlaşdırılmişdır.
"Biz maraqlanan bütün şirkətləri 14 iyun 2017-ci ildə Caspian European Club və Caspian American Club çərçivəsində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta Dövlət Agentliyinin direktoru Zaur Əliyevim iştirakı ilə icbari tibbi sığortaya həsr olunmuş Caspian Energy Forum-un xüsusi sessiyasında iştirak etməyə dəvət edirik", - deyə Klub sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev söyləyib.
Caspian European Club və Caspian American Club ayda iki dəfə Bakıda, il ərzində isə dünyanın müxtəlif ölkələrində biznes-forumlar təşkil edir. Həmin biznes-forumlar çərçivəsində şirkətlərin əlaqələr yaratmaq, dövlət qurumlarına öz problemlərini danışmaq, bu problemlərin həlli üzrə təkliflər irəli sürmək, həmçinin cavabları mövcud problemlərin həlli yollarını tapmaqda onlara yardım edən və şirkətlərin biznesinin inkişafını şərtləndirən suallar vermək imkanları olur.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır


















