Azərbaycandan “OPEC plus”un qərarı ilə bağlı açıqlama
Azərbaycan “OPEC plus” üzrə gündəlik neft hasilatının növbəti ayda 400 min barrel artırılması üzrə konsensusa qoşulub.“OPEC plus” ölkələri nazirlərinin bu gün baş tutmuş 22-ci iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin avqust-dekabr aylarında hər ay 400 min barrel artırılması üzrə nazirlərin iyul iclasında qəbul edilmiş qərarın qüvvədə qalmasına dair razılıq əldə edilib.
Azərbaycanın Energetika Nazirliyinin yaydığı məlumata görə, qəbul edilmiş “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində Azərbaycanın hasilatın azaldılması ilə bağlı öhdəliyi dekabrda gündəlik 64 min barrel təşkil edəcək. Yəni, Azərbaycan gündəlik xam neft hasilatını noyabr ayı ilə müqayisədə 7 min barrel artırmaqla 654 min barrel həcmində saxlamaq imkanı əldə edib.
Pərviz Şahbazov iclasdan sonra təşkil olunmuş mətbuat konfransı zamanı ünvanlanmış suallara cavab olaraq deyib: “Bu gün qəbul edilmiş qərar həmişə olduğu kimi konsensus əsasında qəbul edilib və faktlara, araşdırmalara, təhlillərə əsaslanır”.
Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 23-cü iclasının 2 dekabr tarixində keçirilməsi razılaşdırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur







.jpg)







.jpg)




