"Yeni inkişaf strategiyasına 20 milyard manatadək vəsait tələb olunur"

Azərbaycanın 2022-2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri artıq formalaşdırılıb.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, məsləhət prosesində konsatlinq şirkətləri, yüksək səviyyəli yerli və beynəlxalq ekspertlər iştirak edib.
"Demək olar ki, bütün dövlət orqanlarının cəlb edildiyi bu prosesdə ölkə iqtisadiyyatının bütün fəaliyyət istiqamətlərində strateji hədəflər, bu hədəflərə çatmaq üçün həyata keçiriləcək başlıca islahatlar və tədbirlər müəyyən olunub", nazir bildirib.
M. Cabbarov qeyd edib ki, işğaldan azal olan ərazilərin maliyyələşməsi istisna olmaqla, strategiyanın reallaşması üçün tələb olunan vəsaitin ümumi həcmi 20 milyard manata yaxındır və bunun da 10,8 milyard manatı dövlət büdcəsinin üzərinə düşür.
Nazir əlavə edib ki, sözügedən strategiya layihəsinin uğurla həyata keçirildiyi təqdirdə, ölkədə 2022-2026-cı illərdə ÜDM-in ortaillik artım tempinin 3,9%, qeyri-neft ÜDM-in isə 5% səviyyəsində formalaşacağı gözlənilir.
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —
-
8 d. əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
-
- 11 d. əvvəl
- 22 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq
- 10 saat əvvəl
-
12 saat əvvəl
18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
- 12 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —

Azərbaycan neftinin son qiyməti

Rəsmi məzənnələr açıqlandı

Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq

18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
Ən çox oxunanlar

Ələtdə hava limanının açılış tarixi açıqlanıb

Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
