Bakı yaxınlığında yeni Biznes Park
Abşeron Logistika Mərkəzinin yeni layihəsi olan Abşeron Biznes Parkı artıq fəaliyyətə başlayıb.
Şirkətdən Marja.az-a verilən məlumata görə, Abşeron Biznes Parkı ölkədə bir yenilikdir və burada bir çox biznes sahələrinin inkişafı üçün lazım olan infrastruktur yaradılıb.
Abşeron Biznes Parkında sahibkarlara emalatxana və istehsal sahələrinin yaradılması, ərazidə birbaşa məhsulların satışının həyata keçirilməsi, eyni zamanda açıq anbar sahəsində müxtəlif kateqoriyaya məxsus yüklərin saxlanılması kimi xidmətlər təklif edilir.
Həmçinin təhlükəsiz mühitin yaradılması istiqamətində ən son texnologiyalarla təchiz edilmiş kamera nəzarəti və yanğından mühafizə üçün 24/7 formatında güvənli xidmət göstərilir.
Qeyd edilib ki, ərazinin Abşeron Tikinti Materialları Mərkəzi, Meyvəli, Sədərək və Binə ticarət mərkəzlərinə yaxın yerləşməsi, yüklərin saxlandığı ərazidə “showroom” lar yaradıla bilmə imkanı, həmçinin şəhərin sıxlığından uzaq, əlverişli yol əlaqəsi sahibkarlar üçün rahat biznes şəraitinin qurulmasını təmin edir. Bununla yanaşı, yüklərin birbaşa Abşeron yük dəmiryolu stansiyasına gəlməsi imkanı sahibkarları əlavə daşıma xərclərindən də azad edir.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb






.jpg)








.jpg)



