Regionlar üzrə taxıl sahələrinin sığorta haqları açıqlandı – VİDEO
Aqrar Sığorta Fondu respublikanın regionlarında taxıl (buğda və arpa) sahələrinin sığortalanmasına həsr olunmuş video-çarx hazırlayıb.
Video-çarxda ölkənin ayrı-ayrı bölgələrində 1 hektar taxıl sahəsinin sığortalanması üçün fermerlərin ödəyəcəyi məbləğlər sadalanır.
Qeyd edək ki, Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta çərçivəsində əkin sahələrinin sığortalanması üçün sığorta haqları hesablanarkən əkin sahəsinin yerləşdiyi region, məhsuldarlıq və məhsulun qiyməti nəzərə alınır.
Video-çarxda göstərilən rəqəmlər ölkə üzrə orta göstəricilərə əsasən hesablanıb və 1 hektar sahənin sığortalanması üçün fermerin ödəyəcəyi məbləği əks etdirir.
Fermerlər və təsərrüfat sahibləri əkin sahələri üzrə sığorta haqqını Aqrar Sığorta Fondunun internet səhifəsində yerləşdirilmiş «Bitkiçilik sığortası üzrə kalkulyator» vasitəsilə özləri də sərbəst şəkildə hesablaya bilərlər.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə «Kənd təsərrüfatı məhsulları istehsalçıları üçün subsidiya Qaydaları»na dəyişiklik edilib. Yeniliyə əsasən 7 bitki növü, o cümlədən buğda və arpa üzrə sahəsi 10 hektar və daha artıq olan təsərrüfatlar əkin subsidiyası almaq üçün əkin sahələrini sığorta etməlidirlər.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 4 saat əvvəl
-
4 saat əvvəl
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Ən çox oxunanlar
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq


















