İspaniyanın iri şirkəti Azərbaycanda nümayəndəliyini açmaq və investisiya qoymaq niyyətindədir
"Azərbaycanın alternativ enerji sahəsində potensialı çox böyükdür. Bunları nəzərə alaraq, “Factorenergia” şirkətinin nümayəndəliyini Azərbaycanda açmaq və ölkəyə investisiya qoymaq niyyətindəyik"“Factorenergia” İspaniyanın ən böyük enerji şirkətlərindən biridir. Bu şirkətin İspaniya, Meksika, Bolqarıstan kimi ölkələrdə nümayəndəlikləri fəaliyyət göstərir. Hazırda Çilidə də şirkətin nümayəndəliyinin açılmasına dair danışıqlar gedir.
“Factorenergia” şirkətinin baş direktoru Emilio Rusand Azərbaycanın sürətli inkişafına şahid olduqlarını bildiriblər:
“Son vaxtlar Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması, investisiyaların cəlb edilməsi imkanlarının stimullaşdırılması istiqamətində ciddi tədbirlər həyata keçirilir. İqlim dəyişikliyinin gətirdiyi ciddi fəsadları və dünya ölkələrinin bu sahədə səmərəli tədbirlər görmək çağırışlarını nəzərə alan Azərbaycan alternativ enerjinin təşviqinə sadiqdir. Azərbaycanın alternativ enerji sahəsində potensialı çox böyükdür. Bunları nəzərə alaraq, “Factorenergia” şirkətinin nümayəndəliyini Azərbaycanda açmaq və ölkəyə investisiya qoymaq niyyətindəyik”.
“Factorenergia” şirkətinin Qaz üzrə direktoru Raul Farrasla qeyd edib ki, Azərbaycan yaşıl enerjinin inkişafı sahəsində böyük işlər görür və şirkət olaraq bu sahənin inkişafına öz töhfələrini vermək istəyirlər.
“Factorenergia” enerji bazarının təmiz enerjiyə sadiq olan oyunçularından biridir. 10 ildən artıqdır ki, bərpa olunan enerji istehsalçıları ilə birlikdə işləyirlər. “Factorenergia” BMT-nin Davamlı İnkişaf Məqsədlərinə (DİM) uyğun olaraq korporativ sosial məsuliyyət idarəetmə sistemi sertifikatını alan ilk İspaniya enerji şirkətidir.
Telegramda Marja.az səhifəsinə abunə olun
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
14 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir



















