ABŞ Konqresi “Gazprom”a qarşı sanksiyalar tətbiq etməyi tələb edib
ABŞ Konqresindəki respublikaçılar Dövlət Departamentinin rəhbəri Entoni Blinkenə məktub göndərərək, “Gazprom” və mədən şirkətlərini "qara siyahıya" salmaqla Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini istəyiblər.
Marja xəbər verir ki, sənəddə Joe Biden administrasiyasının Kreml siyasətinin zəif olması qeyd edilib.
Konqresmenlər yazır ki, Rusiya ABŞ-ın “strateji tərəfdaşı” olan Ukraynanın işlərinə “hərbi müdaxiləni” davam etdirir, Ağ Ev isə “sərt pisləyən ritorikanı real hərəkətlərlə” dəstəkləmir.
“Biz Bayden administrasiyasını dərhal düşünməyə çağırırıq”, - məktubda deyilir.
Bundan əlavə, müraciət müəllifləri “Gazprom”a, eləcə də Rusiya sənayesinin əsas sektorlarına, o cümlədən metallurgiya və dağ-mədən sənayesinə qarşı sanksiyaların tətbiqini tələb edirlər.
Nəzərinizə çatdıraq ki, “Gazprom” 2014-cü ildə sanksiyalara məruz qalmayan faktiki olaraq yeganə iri dövlət xammal şirkətidir. Rusiyadan boru kəməri qazının ixracında monopoliyaya malik olan korporasiya, məsələn, 14 gündən artıq kredit götürə bilməyən “Rosneft”dən fərqli olaraq, hələ də xarici kapital bazarlarına valyuta cəlb edə bilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 29 d. əvvəl
-
-
32 d. əvvəl
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
-
54 d. əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
Turanbank böyüyüb, əməliyyat gəlirləri artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
Ən çox oxunanlar
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub



















