Azərbaycanda mebellərin qüsurlu olmasından şikayətlər artıb
Dövlət Xidmətində mebel istehsalı və satışı ilə məşğul olan şirkətlərlə görüş keçirilibİstehlakçı hüquqlarının qorunmasında sahibkarların rolunu müəyyən edərək bu sahədə daha effektiv nəticə qazanmaq məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti iri şirkətlərin nümayəndələri ilə görüşləri davam etdirir.
Xidmətin yaydığı məlumatada bildirilir ki, növbəti görüş mebel istehsalı və satışını həyata keçirən iri bazar iştirakçıları ilə baş tutub.
Görüşdə mebel istehsalı və satışı ilə əlaqədar cari ildə Dövlət Xidmətinə daxil olan istehlakçı müraciətləri müzakirə edilib.
Vurğulanıb ki, şikayətlərin böyük hissəsi qüsurlu mal kateqoriyasına aiddir. Müzakirə zamanı həmçinin, sifarişlə mebel hazırlanarkən istehlakçılarla müqavilələrin bağlanması, malların çatdırılması və quraşdırıldıqdan sonra təhvil-təslim aktının tərtibi, sifarişlərin müqavilədə nəzərdə tutulan vaxtda və formada tam icra edilməsi və quraşdırmanın qüsurlu aparılmasından irəli gələn məsələlərə diqqət yetirilib.
Görüşdə həmçinin, Dövlət Xidməti tərəfindən vətəndaş müraciətləri ilə bağlı şirkətlərə ünvanlanan sorğulara qısa müddətdə və ətraflı cavab verilməsi məsələsi qaldırılıb. Qeyd edilib ki, ötən dövrə nəzərən müsbət tendensiyalar müşahidə olunsa da, bəzi sahibkarların sorğulara formal yanaşaraq onları ətraflı cavablandırmaması kimi problemlər də qalmaqdadır. Bildirilib ki, müraciətlərin ədalətli araşdırılması yalnız sahibkarların və istehlakçıların qərəzsiz və doğru məlumatları əsasında aparıla bilər.
Tədbirdə çıxış edən sahibkarlar bu cür görüşlərin bazar iştirakçıları üçün faydalı olduğunu bildiriblər. Qeyd olunub ki, təmsil etdikləri sahədə sahibkarları birləşdirən təşkilatların rolunun artırılması istehlakçılara göstərilən xidmətlərin daha keyfiyyətli olması üçün şərait yarada bilər.
Sahibkarlara satış zamanı istehlakçıların tam məlumatlanmasına, sifariş verilən məhsulların təhvil-təslim qaydalarına riayət olunmaqla təqdim edilməsinə və istehlakçı müraciətlərinin ətraflı araşdırılmasına diqqətin artırılması tövsiyə olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
54 d. əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 1 gün əvvəl
-
1 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
1 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
1 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)





.jpg)








