"Faizin yüksəldilməsini müdafiə etmədim, müdafiə etmirəm və müdafiə etməyəcəyəm"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkmənistan səfərindən qayıdan zaman media mənsublarına açıqlamalar verib. Ərdoğan, "Mən heç bir zaman faizin yüksəldilməsini müdafiə etmədim, müdafiə etmirəm və müdafiə etməyəcəyəm. Fərqli düşünənlər də çıxsa Tayyib Ərdoğan eyni nöqtədədir. Əsla bu məsələdə geri çəkilmərəm" ifadələrini istifadə edib.Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkmənistandan qayıdan zaman media mənsublarının suallarını cavablandırıb.
Marja.az xəbər verir ki, Ərdoğan deyib:
"Faiz səbəb, inflyasiya nəticədir" tezisim dəyişmədi
"Son günlər məzənnə üzərində iqtisadi əsasları olmayan hərəkətlər ilə yaşanan qiymət artımlarının meydana gətirdiyi problemləri də millətimizin lehinə sərmayə, məşğulluq və istehsalla həll edəcəyik. Böyüyəcəyik, böyüdükcə millətimiz qazanacaq. Bunu çox açıq dəqiq söyləyirəm. İqtidara gəldiyimiz ilk gündən bu yana iqtisadiyyatdakı tezisimiz xüsusilə aşağı faizdir və bir də faiz-inflyasiya əlaqəsini mən davamlı "faiz səbəb, inflyasiya nəticədir" şəkildən olduğunu hesab edirəm. Bu tezisim dəyişmədi. Bu gün də mən yenə eyni tezisi müdafiə edirəm və buna inanıram.
Bəziləri bunun tam əksinəni müdafiə edirlər. Bunlar inflyasiyanın səbəb, faizin nəticə olduğunu müdafiə edirlər. Yaxşı elə isə dünyaya belə bir baxaq; hazırda qlobal iqtisadiyyatın suveren olduğu dünyada görəsən inflyasiya səbəb, faiz nəticədirmi; yoxsa faizmi səbəb, inflyasiyamı nəticədir? Hazırda Amerikada inflyasiyanın gəldiyi nöqtə ortadadır. Avropada inflyasiyanın gəldiyi nöqtə ortadadır. İsrailə baxaq… İsraildə faiz nədir, inflyasiya nədir, nisbətlər nə vəziyyətdədir? Buna baxaq. Buna baxdığımız zaman bizim tezisimizin doğru olduğunu görürük. Bu gün də mən yenə iddiamdayam.
"Faizin yüksəldilməsini müdafiə etməyəcəyəm"
Tayyib Ərdoğan, onsuz da əvvəldən bəri aşağı faizdən bəhs edir və "Bu faiz enəcəkdir" deyir. Mən heç bir zaman faizin yüksəldilməsini müdafiə etmədim, müdafiə etmirəm və müdafiə etməyəcəyəm. Fərqli düşünənlər də çıxsa Tayyib Ərdoğan eyni nöqtədədir. Əsla bu məsələdə geri çəkilmərəm. Bu şəkildə gedişlə də biz bu işi bacaracağıq".
Ərdoğan qəlavə edib ki, "başda dövlət bankları olmaqla sərmayəçilərə lazımi dəstəkləri verməyə hazırıq".
"Görəcəksiniz inflyasiya inşallah seçki əvvəli haralara düşəcək; çox açıq dəqiq bütün dəlilləriylə, hər şeyiylə ortadadır. Çünki faiz lobbiləri qudurur. Mən nə dedim TÜSİAD-ə? "Buyurun, pul sizdə, maliyyə sektoru sizdə. Niyə sərmayə qoymursunuz? Yoldaş sən zənginsənmi, pul səndəmi, maliyyə səndəmi? Biz sizdən bir şey istəyirik; sərmayə, məşğulluq, istehsal, ixracat, böyümə… Amma biz sizə bunu söyləyincə siz tam əksinəni söyləyirsiniz - Faizi salaq". Başda dövlət bankları olmaqla sərmayə yatıranlara lazımlı dəstəkləri verməyə hazırıq. Yetər ki sərmayə qoyun, mövcud sərmayələrinizi artırın və bununla birlikdə də məşğulluq yaransın. İşsizliyin həlli yolu məşğulluq, istehsal, ixracatdır. İqtisadi inkişafda da biz çox yaxşı bir mövqedəyik və bu belə gedəcək. Bu işi də bacaracağıq",- Ərdoğan bildirib.
Ərdoğanın açıqlamalarından sonra Türk Lirəsi Dollar qarşısında 3%-ə yaxın ucuzlaşıb. Bakı vaxtı ilə saat 15:19-da dollar/TL məzənnəsi 2,6% artımla 12,66 səviyyəsində olub. Bu gün məzənnə 12,80 səviyyələrini də test edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 7 d. əvvəl
-
- 45 d. əvvəl
-
2 saat əvvəl
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
- 15 saat əvvəl
-
16 saat əvvəl
Azəbaycan Vyetnamın şirkətilə elektrik avtomobillərinin istehsalını müzakirə etdi
-
16 saat əvvəl
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
- 16 saat əvvəl
-
17 saat əvvəl
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub
-
17 saat əvvəl
Sahibkarlar "EY İlin İş Adamı" adı uğrunda yarışacaq - İŞTİRAKÇILARIN ADLARI
- 17 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub
Expressbankın depozit portfeli böyüyüb
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
VTB (Azərbaycan) maliyyə nəticələrini açıqlayıb
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"





















