Azərbaycandan Rusiyaya pomidor ixracı demək olar ki, dayanıb
Azərbaycanda 2021-ci ilin Avqust ayında cüzi 51 min dollar dəyərində 64 ton sentyabr ayında 30 min dollar dəyərində 34 ton, oktyabr ayında isə 1 milyon 410 min dollar dəyərində 1204 ton pomidor ixrac olunub.
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) ilə apardığı danışıqlar və fitosanitar monitorinqləri pomidor ixracının artması ilə nəticələnmir.
Marja.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki,2021-ci ilin 10 ayında (yanvar-oktyabr) Azərbaycandan 129 milyon 652 min dollar dəyərində 120 min 342 ton pomidor ixrac olunub. Müqayisə üçün qeyd edək ki, Azərbaycandan 2021-ci ilin 7 ayında (yanvar-iyul) 128 milyon 161 min dollar dəyərində 119 min 40 ton ton, 8 ayında (yanvar-avqust) 128 milyon 212 min dollar dəyərində 119 min 104 ton, 9 ayında (yanvar-sentyabr) isə 128 milyon 242 min dollar dəyərində 119 min 138 ton pomidor ixrac olunmuşdur. Beləliklə, avqust ayında demək olar ki dayanmış ixrac (Avqustda cüzi - 51 min dollarlıq 64 ton pomidor ixrac edilib) həm sentyabrda, həm oktyabrda da tam bərpa olunmayıb. Sentyabrda cüzi - 30 min dollar dəyərində 34 ton, oktyabrda isə 1 milyon 410 min dollar dəyərində 1204 ton pomidor ixrac olunub.
pomidor ixracı 2020-ci ilin 10 ayı ilə müqayisədə 2021-ci ilin 10 ayında dəyər ifadəsilə 25%, miqdar ifadəsilə də 25% azalıb. 2020-ci ilin 10 ayında Azərbaycandan 173 milyon 19 min dollar dəyərində 160 min 269 ton pomidor ixrac edilmişdi.
Rusiyanın Azərbaycandan pomidor idxalına məhdudiyyətlər tətbiq etməsi ixracın düşməsinə səbəb olmuşdur. Rusiyanın məhdudiyyətləri ləğv etməsilə Maydan pomidor ixracı sürətlənmiş, lakin indiyədək ötənilki səviyyələri aşa bilməyib.
İyuldan aylıq pomidor ixracının sürətlənməməsi müşahidə edilir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) arasında aparılan danışıqlar aparılıb. Əldə olunmuş razılığa əsasən, Rusiyanın müvafiq qurumunun əməkdaşları tərəfindən təsərrüfatlarda aparılan videomonitorinqlər dayandırılır və cari ilin 1 dekabr tarixindən etibarən pomidor istehsalı müəssisələrinə həmin qurum tərəfindən ixrac icazələri birbaşa AQTA-nın zəmanət məktubu əsasında veriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
46 d. əvvəl
"Ödənişli zonaların taksi qiymətlərinə təsiri hazırda açıq sualdır"
- 53 d. əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 57 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“INMerge” İnnovasiya Sammiti Qırmızı Ürəklər Fondunu sosial tərəfdaş elan etdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
Avtobus parkının yenilənməsi üçün dövlət dəstəyi – kreditlərə subsidiya və zəmanət təmin olunacaq
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakıda avtobuslarda təqaüdçülərə və tələbələrə güzəştli gediş haqqının tətbiqinə baxıla bilər
-
3 saat əvvəl
“Azərbaycan Hava Yolları” və “Maldivian” aviaşirkəti strateji tərəfdaşlıq elan edir
Son Xəbərlər

"Ödənişli zonaların taksi qiymətlərinə təsiri hazırda açıq sualdır"

Porsche-nin səhmləri 8% ucuzlaşdı

Amerikalı milyarder BYD-dəki bütün paylarını satıb

"AYNA-nın əlində daşıyıcıları tənbeh eləmək mexanizmi yoxdur, ancaq "brutto müqavilə" bu boşluğu dolduracaq"

Sentyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb

AYNA: Avtobusları gecə saat 00:00-a qədər işləyə bilər
Ən çox oxunanlar

Bakıda avtobuslarda təqaüdçülərə və tələbələrə güzəştli gediş haqqının tətbiqinə baxıla bilər

“Azərbaycan Hava Yolları” və “Maldivian” aviaşirkəti strateji tərəfdaşlıq elan edir

"Təkrar marşrutlar mövcuddur və şəhər əhalisinin 17 %-nin avtobuslara çıxışı məhduddur"

“Sarı metal”ın qiyməti 3700 dolların üzərində möhkəmlənə bilsə, bahalaşma daha kəskin xarakter ala bilər"

Kapital Bazarı Assosiasiyasında yeni təyinatlar

Tarixdə ilk dəfə olaraq qızılın qiyməti 3750 dolları keçdi
