Oktyabrda ölkədə elektrik enerjisi istehsalı artıb
Energetika Nazirliyinin yaydığı məlumata görə, 2021-ci ilin yanvar-oktyabr ayları üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, oktyabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2168,8 mln. kVt·st, ixracı 125,8 mln. kVt·st, idxalı 10,3 mln. kVt·st olub.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə oktyabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 273,1 mln. kVt·st, ixrac 66,0 mln. kVt·st artıb, idxal isə 0,4 mln. kVt·st azalıb.
Cari ilin yanvar-oktyabr aylarında isə respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1554,4 mln. kVt·st artaraq 22855,8 mln kVt·st olub. Hesabat dövründə ötən ilin 10 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 1394,8 mln. kVt·st artaraq 21458,6 mln kVt·st, SES-lərdə 162,5 mln. kVt·st artaraq 1108,9 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 2,9 mln. kVt·st azalaraq 288,3 mln. kVt·st olub. Külək elektrik stansiyalarında 77,0 mln. kVt·st, günəş elektrik stansiyalarında 48,5 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTYZ) isə 162,8 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
Yanvar-oktyabr aylarında elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 20504,3 mln. kVt·st (İES-lərdə 19525,3 mln. kVt·st, SES-lərdə 979,0 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 379,1 mln. kV·st (İES-lərdə 216,8 mln. kVt·st, SES-lərdə 117,4 mln. kVt·st, GES-də 44,9 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 56,7 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə 1915,7 mln. kVt·st təşkil edib.
2021-ci ilin 10 ayı ərzində elektrik enerjisinin ixracı 1156,0 mln. kVt·st olmaqla, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 254,9 mln. kVt·st artıb. İrana 252,8 mln. kVt·st, Türkiyəyə 318,6 mln. kVt·st, Rusiyaya 79,1 mln. kVt·st, Gürcüstana isə 505,5 mln. kVt·st elektrik enerjisi ixrac edilib.
Bu dövrdə elektrik enerjisinin idxalı 130,8 mln. kVt·st olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 15,8 mln. kVt·st artıb. İrandan 27,3 mln. kVt·st, Rusiyadan 78,9 mln. kVt·st, Gürcüstandan isə 24,6 mln. kVt·st elektrik enerjisi idxal edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
7 d. əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 12 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
-
2 saat əvvəl
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub
-
2 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
Azərbaycan Türkmənistana tanker hədiyyə etdi
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı


























