“Peşə təhsilinə qəbul olanların sayında 12 faiz artım var”
"Əsas problemlərdən biri məktəb məzunlarının ixtisas sahibi olması məsələsidir. Bu, indinin problemi deyil, hazırda bu sahədə vəziyyət nisbətən daha yaxşı olsa da hələ də həll istiqamətində daha çox iş görməliyik".
Bunu Azərbaycan Karyera İnkişaf Forumunda Təhsil naziri Emin Əmrullayev bildirib.
Onun sözlərinə görə, Azərbaycanda hər il doğulan 150-160 min uşaq məktəbi və ya hər hansı təhsil prosesini bitirəndə əmək bazarına hər hansı bir ixtisası olmadan daxil olur: "9-cu sinfi bitirir, əlində attestatı var, heç bir ixtisası yoxdur, 11-ci sinfi bitirir yenə də eyni problem. Bütün təhsil müəssisələrində oturacaqların sayı ilə doğulan uşaqların sayı arasında da bəlli bir fərq var. Bu fərq ona görədir ki, bir çox hallarda insanlar təhsillərini davam etdirmək istəmir".
Nazir deyib ki, ali və peçə təhsili arasında fərq var: "Son dövrlərdə peşə təhsilində artım müşahidə olunur. Peşə təhsilinə qəbul olmaq istəyənlərin sayında 30 faiz, qəbul olanların sayında isə 12 faiz artım var. Hazırda peşə təhsilində təhsil alanların sayı 26 600 nəfərdir".
Ali təhsil məsələsinə gəldikdə isə nazir deyib ki, 1990-cı illərin əvvəlində ali məktəblərə qəbul planı 15-16 min idisə, hazırda bu rəqəm 48 min civarındadır: "Son 5 ildə ərizə verənlərlə qəbul olanlar arasında fərq fərq 2-dən aşağı düşüb. Hazırda qəbul planı 48 mindirsə, ərizə verənlərin sayı təxminən 80-90 min olur. Hər il ali təhsil müəssisələrinə rekord sayda qəbul olur".
E.Əmrullayev deyib ki, artıq yüksək peşə ixtisasları da açılıb, bunun fərqi odur ki, kollec məzunları subbakalavr pilləsində ali məktəblərə qəbul ola bilir: "Bundan sonra peşə təhsilində artım labüddür. Qısa müddətli peşə hazırlığı və ya təlimlər də olduqca innovativ həll yoludur. Çünki bir çox ixtisaslar yenidir, həm bizim üçün, həm də dünya üçün. Ənənəvi sahələr yavaş-yavaş sıradan çıxıb, yeni sahələr daxil olur. Bu kurslara 3-6 müddətində cəlb olunanların demək olar ki, yarısı işlə təmin olunur".
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 saat əvvəl
- 17 saat əvvəl
-
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
50 hərrac, 127,1 milyon manatlıq ödəniş
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ən çox oxunanlar
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti























.jpg)



