"Ekspress-C" istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir - TARİX
17 dekabr 2021-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Ekspress-C" ASC-nin ümumi dəyəri 1 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
Birjanın yayadığı məlumata görə, 22 dekabr 2021-ci il tarixində "Ekspress-C" ASC-nin istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
Yerləşdiriləcək faizli təmin edilməmiş sənədsiz adlı istiqrazların sayı 1000 ədəd, hər birinin nominal dəyəri 1000 manat, illik faiz dərəcəsi 12,5%, tədavül müddəti 2 təqvim ili, kupon faizlərinin ödəniş müddəti isə 3 təqvim ayından birdir.
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.
Xəbər verdiyimiz kimi, 2 dekabr 2021-ci il tarixində Bakı Fond Birjasında "Ekspress-C" ASC-nin tədavül müddəti 2 təqvim ili olan AZ2001023608 dövlət qeydiyyat nömrəli, 2 milyon manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Hərrac zamanı 3 investor tərəfindən 3 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 2 milyon manat, istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 2 milyon manat təşkil etmişdir.
"Ekspress-C" ASC metal məmulatlarının əridilməsi və onlardan tikinti materiallarının istehsalı ilə məşğul olur. Şirkətin zavodu Qobustan rayonu, Navahi qəsəbəsində yerləşir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
6 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
6 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 7 saat əvvəl
-
8 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)
















.jpg)
