Türkiyə koronavirus testi tələbini ləğv etdi
Dünya karantin şərtlərini sərtləşdirərkən, Türkiyə yumşaltdı.
Marja xəbər verir ki, Türkiyə peyvənd vurdurmayanlar üçün şəhərlərarası səyahətlərdə, tədbirlərdə, iş yerlərində və məktəblərdə koronavirus testi tələbini ləğv edib.
Ekspertlər bildirirlər ki, bu qərar ilə kütləvi immunitetin qazanılması hədəflənir.
Türkiyənin Səhiyyə Nazirliyi peyvənd olunmamış və peyvənd olunması tamamlanmamış şəxslərin ictimai yerlərdə olması və gediş-gəlişi ilə bağlı sərəncamında dəyişiklik edilib. Koronavirus Elm Şurasının yeni tövsiyə qərarına uyğun olaraq, tələblər ləğv edilib. Belə ki, ictimai tədbirlərdə, səyahətlərdə, dövlət və özəl iş yerlərində və məktəblərdə peyvənd olunmamış və peyvənd olması tamamlanmamış insanlar üçün mənfi (neqativ) PCR testi tələbi aradan qaldırılıb.
Koronavirusun Omikron variantı sürətlə yayılan olsa da, insanlar bu vurusu yüngül keçirirlər. Mütəxəssislər qeyd edirlər ki, bu variant kütləvi immunitet (herd immunity) qazanılması üçün imkan yaradır.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 5 saat sonra
-
-
11 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
11 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
12 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
12 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 12 saat əvvəl
-
13 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
13 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb
























