Şəxsi yük avtomobili olan şəxslərin və dükan sahiblərinin nəzərinə!
“Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC tərəfindən ölkə başçısının satış şəbəkələrinin yaradılması və genişləndirilməsi barədə tapşırıqları əsas götürülərək istehsalçıların min bir zəhmət hesabına istehsal etdikləri məhsulların operativ satışının təmin olunması, ölkənin iri şəhərlərində (Bakı, Sumqayıt, Gəncə, Şirvan və Mingəçevir və s.) əhalinin keyfiyyətli və ucuz ərzaq məhsulları ilə təmin olunması məqsədilə fermerlərdən tədarük edilmiş məhsulların səyyar satışının təşkil olunması işlərinə başlamışdır.
“Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC müvafiq tələblərə cavab verən yük avtomobili və dükanı olan şəxsləri səyyar satış işlərində əməkdaşlığa dəvət edir.
Yük avtomobili texniki baxımdan saz vəziyyətdə və tutumu 5 tona qədər olmalıdır.
Səhmdar Cəmiyyət tərəfindən tətbiq ediləcək güzəştlər:
- Müvafiq icra hakimiyyəti orqanları tərəfindən səyyar satış üçün tələb olunan xüsusi icazələrin alınması;
- Səyyar satış üçün zəruri xərcələrin təmin olunması;
- Növündən asılı olmayaraq məhsulların topdansatış qiymətinə verilməsi.
Maraqlananların daha geniş məlumat almaları və müqavilə bağlamaları üçün aşağıdakı ünvana müraciət etmələri xahiş olunur.
Ünvan: “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti, Bakı ş., Qaradağ rayonu, Lökbatan q., Xocahəsən yolu 57 (Meyvəli Loqistika Mərkəzi). Əlaqə telefonu: 012 555 04 14
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 19 saat sonra
-
- 1 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 3 saat əvvəl
-
16 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
19 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 19 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















