Kapital Bank “Baku International HR Forum”da iki mükafata layiq görülüb

(®) 28 yanvar 2022-ci il tarixində “Baku Marriott Hotel Boulevard”da növbəti “Baku International HR Forum” keçirilib.
Kapital Bank-ın baş sponsorluğu ilə keçirilən tədbirdə ölkənin ən qabaqcıl şirkətləri və insan resursları sahəsində olan peşəkar menecerlər iştirak edib.
Forum zamanı əsasən 3 mövzu ətrafında müxtəlif fikir mübadilələri aparılıb: “İnsan kapitalının inkişafı”, “Gələcək innovasiyalar” və “CEO-ların HR-dan gözləntiləri”.
Tədbirdə Kapital Bank-ın İdarə Heyəti sədrinin 1-ci müavini Fərid Hüseynov və İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə Məmmədova əsas spiker qismində çıxış edərək öz təcrübələri ilə bölüşüblər, həmçinin iştirakçıları maraqlandıran sualları cavablandırıblar.
Tədbirin sonunda ölkənin bir sıra iri şirkətləri xüsusi mükafatlara layiq görülüb. Kapital Bank da 2 nominasiya üzrə - “Ən yaxşı transformasiya strategiyası” və “Ən yaxşı KSM strategiyası” (“Qırmızı Ürəklər” Fondu) xüsusi mükafat alıb.
Qeyd edək ki, “Baku International HR Forum” insan resursları sahəsinin təsir gücünə malik peşəkar nümayəndələri bir araya gətirərək, bu sahədə dünyada tətbiq olunan yeniliklər, müasir innovasiyalar və texnologiyanın inkişafı, fərqli təcrübələrin dialoqlar, müzakirələr və fikir mübadilələri ilə paylaşılmasını hədəfləyən bir qlobal forumdur. Tədbirin təşkilatçısı Azərbaycan İnsan Resursları İnstitutudur.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 104 filialı və 23 şöbəsi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 5 d. əvvəl
- 14 d. əvvəl
-
-
20 d. əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
- 8 saat əvvəl
-
8 saat əvvəl
Səudiyyə Ərəbistanını şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq
- 9 saat əvvəl
-
11 saat əvvəl
18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
- 11 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
-
12 saat əvvəl
Ağalarov yeni müqavilələr imzaladı - otellər, tibb mərkəzləri tikiləcək
-
14 saat əvvəl
Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi
Son Xəbərlər

Ölkənin ən böyük musiqi festivallarından biri baş tutub

Rəsmi məzənnələr açıqlandı

18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Oktyabrın 1-dən bazarlara vergi nəzarəti gücləndirilir - Uçotda olmayanlara işləməyə icazə verilməyəcək

Azərbaycan şirkəti Almaniya şirkətilə saziş imzaladı - Elektrikli avtobuslar yığılacaq
