"Meta" səhmlərinin ucuzlaşması ilə ABŞ birjalarında ciddi eniş müşahidə olunur
Facebook-un maliyyə nəticələri və proqnozları investorları məyus edib. İnvestorlar həmişə şirkətin möhtəşəm artımlar açıqlamasına alışmışdılar.Amerikanın “Meta” şirkətinin səhmlərinin ucuzlaşması fonunda ABŞ-ın əsas fond indeksləri bir ilin ən ciddi enişini göstərib.
Marja xəbər verir ki, bunu Nyu-York Fond Birjasının saytında yerləşdirilən məlumatlar göstərir.
Ticarət sessiyası zamanı NASDAQ elektron birja indeksi 538,73 bənd (3,74%) dəyər itirərək 13 878,82 bəndədək geriləyib. "The Wall Street Journal"ın məlumatına görə, bu, 2020-ci ilin sentyabrından bəri indeksdə ən ciddi enişdir.
S&P 500 gün ərzində 111,94 bənd (2,44%) azalaraq 4477,44 bənd olub ki, bu da ötən ilin fevralından bəri onun üçün ən güclü eniş olub.
Dow Jones sənaye indeksi ticarət sessiyası zamanı 518,17 bənd (1,45%) itirərək 35 111,16 bənd ətrafında olub.
Çərşənbə günü "Meta" zəif artım proqnozları və daha aşağı xalis gəlirlə rüblük hesabatlar yayımlayıb. Bu fonda şirkətin səhmləri cümə axşamı günü axşam saatlarında 26% ucuzlaşıb ki, bu da əvvəllər "Facebook" adlanan şirkət üçün 2012-ci ildə birjaya daxil olandan bəri ən pis nəticə olub. CNN vurğulayır ki, "Meta"nın səhmlərində rekord ucuzlaşma digər texnologiya şirkətlərinin də səhmlərinin azalmasına səbəb olub.
Facebook 4 fevral 2004-cü ildə Mark Zukerberq və onun üç tələbə yoldaşı tərəfindən Harvard Universitetində oxuyarkən yaradılıb. Baş ofisi Kaliforniyanın Menlo Park şəhərində yerləşən şirkət "Facebook" və "Instagram" sosial şəbəkələrinə, həmçinin "WhatsApp" və "Messenger" proqramlarına malikdir. 28 oktyabr 2021-ci ildə şirkət adını "Meta" olaraq dəyişdirib. Şirkət tərəfindən düşünülmüş yeni ad, təkcə proqramları deyil, həm də əlavə reallıq cihazlarını birləşdirəcək seçilmiş "metaverse" konsepsiyasının davamıdır.
Həmçinin oxu
Bazarlardan Meta-ya tarixi zərbəMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 1 saat əvvəl
-
-
2 saat əvvəl
Azəbaycan Vyetnamın şirkətilə elektrik avtomobillərinin istehsalını müzakirə etdi
-
2 saat əvvəl
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub
-
3 saat əvvəl
Sahibkarlar "EY İlin İş Adamı" adı uğrunda yarışacaq - İŞTİRAKÇILARIN ADLARI
- 3 saat əvvəl
-
4 saat əvvəl
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
-
4 saat əvvəl
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
20 bank mənfəət açıqladı - SİYAHI
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Expressbankın depozit portfeli böyüyüb
Ən çox oxunanlar
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
VTB (Azərbaycan) maliyyə nəticələrini açıqlayıb
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
Azərbaycanda Qərb Sənaye Parkı yaradılır - FƏRMAN
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!






















