“Bir damla ianə, bir bütün həyat”
"Baku Electronics" “Bir damla ianə, bir bütün həyat” şüarı altında qanvermə aksiyası təşkil edib.(®) Azərbaycanın ilk elektronika mağazalar şəbəkəsi Baku Electronics korporativ sosial məsuliyyət ləyihələri çərçivəsində “Bir damla ianə, bir bütün həyat” kampaniyasına start verib.
Belə ki, 4 fevral Xərçəng Xəstəlikləri ilə Mübarizə günü Baku Electronics şirkəti Mərkəzi Qan Bankında xərçəngin bir növü hesab edilən leykozdan əziyyət çəkənlərə “Bir damla ianə, bir bütün həyat” şüarı altında qanvermə aksiyası təşkil edib.
Hər kəsi bu problemə biganə qalmamaq və qan donoru olmaq üçün məşhur aktyorlar, bloqqerlər və Baku Electronics əməkdaşlarının çağırışından ibarət olan video çarx hazırlanaraq bu aksiyaya qoşulmağa dəvət olunub.
Aksiyayada Baku electronics şirkətinin əməkdaşları eləcə də rəhbərliyi iştirak edərək qan donoru olublar.
Xatırladaq ki, Azərbaycanın rəsmi statistikasına görə, ölkədə insan ölümünün əsas səbəbləri sırasında ilk yeri ürək-damar, ikinci yeri isə onkoloji xəstəliklər tutur. Təhlillərə əsasən, Azərbaycanda bütün ölümlərin 87 %-i qeyri-infeksion xəstəliklərin payına düşür. Statistikanın təhlili göstərir ki xərçəng xəstəliyindən ölənlərin sayı 11%-dir! Xərçəng xəstəliyinin yükü ilbəil artmaqdadır. Bu xəstəliyin sosial, psixoloji və emosional yükü digər xəstəliklərdən daha ağır və mürəkkəbdir.
Bu xəstəliklə mübarizədə hər kəsin bir payı olmalıdır. Elə bu səbəbədən, Baku Electronics şirkəti ötən ay qan xərçəngindən əziyyət çəkən uşaqları sevindirmək məqsədi ilə Talassemiya Mərkəzində və Milli Hemotologiya və Transfuziologiya Mərkəzində onlar üçün əyləncə təşkil etmiş və hədiyyələr paylayıb.
Xatırladaq ki, Baku Electronics artıq 27 ildir alıcılar üçün hər şeydən öncə yüksək keyfiyyətli məhsullar, etibarlılıq və güvən ifadə etməklə yanaşı, eyni zamanda mühüm əhəmiyyət kəsb edən zamanlarda sosial duyarlılığını nümayiş etdirmişdir. 44 günlük Vətən Müharibəsi dövründə Baku Electronics şirkəti YAŞAT fonduna, pandemiya dönəmində isə Koronavirusla Mübarizəy Dəstək Fonduna maddi olaraq dəstək olmuş, bu həssas dönəmlərdə müxtəlif xeyriyyə aksiyaları da təşkil etmişdir.
Baku Electronics Samsung, LG, Bosch, Sony, Huawei, Xiaomi, Tefal, Rowenta, Panasonic, HP, Acer, Philips, Lenovo, Kenwood, Braun, Delonghi və onlarla digər dünyaca tanınmış markaların rəsmi distribüteri, Apple brendinin isə rəsmi satış təmsilçisidir.
Elektronika və məişət texnikası bazarında aparıcı mövqe tutan Baku Electronics-in paytaxt və regionlarda artıq 28 mağazası, eyni zamanda elektron ticarət üçün www.bakuelectronics.az vebsaytı fəaliyyət göstərir.
Baku Electronics-in bütün yeniliklərini qaçırmamaq üçün şirkətin aşağıdakı rəsmi səhifələrini izləməyi tövsiyə edirik.
https://www.linkedin.com/company/bakuelectronics/
https://www.instagram.com/bakuelectronics.az/
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 saat sonra
- 14 d. əvvəl
-
- 22 d. əvvəl
- 52 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
-
12 saat əvvəl
Birbank müştəriləri üçün “Səyahət marafonu” kampaniyasına start verib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
16 bank xalis mənfəət, 1 bank xalis zərər açıqladı - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Ən çox oxunanlar
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb
"Premium Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
"AFB Bank" ilk rübü xalis mənfəət ilə başa vurub














.jpg)




