Şəki-Zaqatalanın inkişafına təkan verəcək layihə - Milyardlarla vəsait xərclənəcək, 1000-dən çox iş yeri açılacaq
“Filizçay" yatağının 27 il nəzərdə tutulmuş istismar dövrü ərzində ölkə iqtisadiyyatına milyardlarla vəsaitin cəlb edilməsi planlaşdırılır.
Marja xəbər verir ki, bunu “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin 2021-ci ilin yekunları və qarşıda duran vəzifələrinə həsr olunmuş Mətbuat konfransında QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib.
İbrahimov qeyd edib kİ, 2021-ci ildə Filizçay və digər polimetal yataqlarının planlaşdırılan dövrlərdə istismara verilməsi məqsədilə müvafiq geoloji kəşfiyyat və tədqiqat, eləcə də texniki-iqtisadi yöndə fəaliyyət davam etdirilib:
“Bilirsiniz ki, Balakən rayonunun inzibati ərazisində yerləşən “Filizçay” yatağı regionun ən böyük polimetal yatağı və “AzerGold”un ən iri həcmli layihələrindən biridir. Bununla yanaşı, tərkibində olan filiz ehtiyatlarının həcminə görə “Filizçay” Avropanın və dünyanın ən iri polimetal yataqları siyahısında yer alır. 2021-ci ildə yataq üzrə əlavə resursların aşkarlanması məqsədi ilə 3231 metr həcmində buruq-qazma işləri icra edilib, nümunələrin Türkiyədə yerləşən beynəlxalq laboratoriyada analizi yekunlaşdırılmış və müsbət nəticələr əldə edilib. Yataqda sink, qızıl, gümüş, mis və qurğuşun kimi qiymətli və əlvan metallar mövcuddur. "Filizçay" yatağının 2025-ci ildə istismara verilməsi planlaşdırılır, eyni vaxtda yataq üzrə resursların artımına yönəlmiş əlavə kəşfiyyat işləri və onların təsdiqlənməsi, həmçinin filiz süxurlarının mürəkkəb mineroloji və metallurji xüsusiyyətləri nəzərə alınmaqla daha optimal metal tərkibinin əldə edilməsi üzrə emal proseslərinə dair texnoloji sxemin müəyyənləşdirilməsi üçün məsləhətçi şirkət tərəfindən əlavə işlərin icra edilməsi də tövsiyyə edilir. "Filizçay" yatağının 27 il nəzərdə tutulmuş istismar dövrü ərzində ölkə iqtisadiyyatına milyardlarla vəsaitin cəlb edilməsi planlaşdırılır. Bundan əlavə, yatağın istismarı 1000-dən çox yeni iş yerinin açılması deməkdir. "Filizçay" layihəsinin icrası ümumilikdə Şəki-Zaqatala iqtisadi rayonunun sosial-iqtisadi inkişafına öz əhəmiyyətli töhfəsini verəcək.
Cəmiyyətin portfelinə daxil olan digər mis və sink yataqları üzrə müvafiq geoloji kəşfiyyat və tədqiqat işləri davam etdirilib. Təsdiq olunmuş plana əsasən, geoloji işlərin kifayət qədər uğurlu və layihələrin iqtisadi cəhətdən səmərəli olduğu təqdirdə Balakən rayonunda yerləşən “Mazımçay” mis və Naxçıvan Muxtar Respublikasında Göydağ saziş sahəsinin ərazisində yerləşən Ortakənd mis-qızıl yatağının 2027-ci ildə istimara verilməsi nəzərdə tutulub”.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 11 d. əvvəl
-
-
22 d. əvvəl
Bank of Baku-da işçilərin sayı ötən ilin ikinci yarısında sürətlə artıb
-
1 saat əvvəl
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
-
1 saat əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Diadem” şirkətinin mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
-
1 saat əvvəl
“Mərmər İnşaat”ın mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
AZAL tərəfindən 8 yeni təyyarənin alınması planlaşdırılır
BOKT 11 milyon 550 min manat dividend elan edib
BOKT borc satışından 44,8 milyon manat zərər edib
Kredit portfeli yarıbayarı kiçilib, 44,8 milyon manatlıq zərər mənfəətini aşağı salıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Kürdəmirdə də "Bazarstore" açılacaq
“Günaydın” restoranı yeni filialını açır







.jpg)





.jpg)











.jpg)

