ABŞ-da ev təsərrüfatlarının borcu 15,6 trilyon dollara çatıb
Ötən il ABŞ-da ev təsərrüfatlarının borcu 1 trln. dollar artaraq 15,6 trln. dollara çatıb. Bu, 2007-ci ildən bəri qeydə alınan ən sürətli artım tempdir.
Bu barədə Nyu-York Federal Ehtiyat Bankının (FRB) açıqlamasında deyilir.
Göstəricinin artımı əsasən ştatlarda daşınmaz əmlakın və avtomobillərin bahalaşması ilə bağlıdır. Ötən il ölkədə mənzillərin qiyməti orta hesabla 20%, amerikalıların ümumi ipoteka borcu isə təxminən 900 mlrd. dollar artıb.
2021-ci ildə avtomobil krediti borcu 84 mlrd. dollar çoxalıb. Ümumilikdə, ABŞ sakinləri keçən il avtomobil kreditləri üzrə 734 mlrd. dollar cəlb ediblər ki, bu da bütün zamanların ən yüksək göstəricisidir.
IV rübdə ABŞ-ın ev təsərrüfatlarının borcu III rüblə müqayisədə 333 mlrd. dollar artıb. İpoteka borcu 258 mlrd. dollar artaraq dekabrın sonunda 10,93 trln. dollar, avtomobil krediti borcu 15 mlrd. dollar artıb, tələbə krediti borcu isə 8 mlrd. dollar azalıb.
Amerikalıların kredit kartı borcu IV rübdə 52 mlrd. dollar artıb ki, bu da 22 ilin ən sürətli artım tempidir. Bununla belə, ilin sonunda bu rəqəm 2019-cu ilin böhrandan əvvəlki səviyyədən 71 mlrd. dollar aşağı olub.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 2 d. əvvəl
-
- 14 d. əvvəl
-
15 d. əvvəl
ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ixracı kəskin azalıb
- 48 d. əvvəl
-
1 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
1 saat əvvəl
Mərkəzi Bankın aktivləri azalıb, mənfəəti isə 724 milyon manatı keçib
-
1 saat əvvəl
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
- 1 saat əvvəl
- 9 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
“Monetri BOKT”un xalis mənfəəti 35% artıb
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 10 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub


















.jpg)







