Unilever-də inflyasiya narahatlığı
Unilever, inflyasiyanın yaratdığı təzyiq ilə əlaqədar olaraq yalnız iki ildən sonra 2021 gəlirlilik səviyyələrinə qayıda biləcəklərini və əməliyyat mənfəət marjasında itki olacağını söylədi.Böyük Britaniyanın nəhəng istehlak malları şirkəti Unilever, inflyasiyanın yaratdığı təzyiq ilə əlaqədar olaraq yalnız iki ildən sonra 2021-ci il gəlirlilik səviyyələrinə qayıda biləcəklərini açıqlayıb.
Marja xəbər verir ki, 2022-ci ilin ilk rübündə inflyasiyanın pik həddə çatacağını gözləyən Unilever, xammal xərclərinin təxminən 2 milyard avro artacağını təxmin edir.
Əməliyyat mənfəəti marjasının 2,4 faiz bəndi azala biləcəyini bildirən şirkət, marjalardakı itkilərin böyük hissəsinin 2023-cü ildə kompensasiya ediləcəyini və 2024-cü ildə tam bərpa olunacağını vurğulayıb.
Unileverin açıqlamasından sonra şirkətin səhmləri Londonda 3,2 faiz ucuzlaşıb.
Unilever-in maliyyə direktoru Qrema Pitketli bildirib ki, əmtəə qiymətləri təxminən 20 faiz artıb, lakin şirkətintədarükçülər ilə sövdələşmələri səbəbindən artım Unilever üçün daha aşağıdır.
Unilever keçən ay 1500 işçini ixtisar edəcəklərini və böyüməni sürətləndirmək üçün daxili strukturlaşmadan keçəcəklərini açıqlamışdı.
Unilever məhsullarına qida, ədviyyatlar, dondurma, vitaminlər, çay, qəhvə, səhər yeməyi məhsulları, təmizləyici maddələr, su, hava təmizləyiciləri, ev heyvanları üçün qidalar, diş pastası, gözəllik məhsulları və şəxsi qulluq məhsulları daxildir. Unilever dünyanın ən böyük sabun istehsalçısıdır. Unilever-in məhsulları təxminən 190 ölkədə satılır.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 2 d. əvvəl
-
- 14 d. əvvəl
-
15 d. əvvəl
ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ixracı kəskin azalıb
- 48 d. əvvəl
-
1 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
1 saat əvvəl
Mərkəzi Bankın aktivləri azalıb, mənfəəti isə 724 milyon manatı keçib
-
1 saat əvvəl
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
- 1 saat əvvəl
- 9 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
“Monetri BOKT”un xalis mənfəəti 35% artıb
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 10 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub

















.jpg)








