Türkiyənin cari əməliyyatlar hesabının kəsiri son 1,5 ilin ən yüksək səviyyəsinə çatıb
Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) dekabr ayı üzrə tədiyə balansının statistikasını açıqlayıb.
Marja xəbər verir ki, ölkənin cari əməliyyatlar hesabında dekabr ayında 3,84 milyard dollar kəsir yaranıb.
Beləliklə, cari əməliyyatlar balansında son 1,5 ilin ən yüksək aylıq kəsiri qeydə alınıb.
Türkiyənin xarici ticarət kəsirinin dekabr ayında sürətlə artdığı müşahidə edilib. Belə ki, dekabr ayında xarici ticarət kəsiri əvvəlki ilin eyni ayı ilə müqayisədə 49,3% artaraq 4 milyard 550 milyon dollardan 6 milyard 792 milyon dollara yüksəlib.
2021-ci ildə cari əməliyyatlar kəsiri 2020-ci ilə nisbətən 58,1% azalaraq 14 milyard 882 milyard dollara enib. 2020-ci ildə Türkiyə iqtisadiyyatının cari hesab kəsiri 35,5 milyard dollar təşkil etmişdi.
Cari əməliyyatlar balansı (milyon dollar)
2012 -47 960
2013 -55 856
2014 -38 851
2015 -27.314
2016 -27.038
2017 -40 877
2018 -21.740
2019 5,303
2020 -35.537
2021 -14 882
Mərkəzi Bankın açıqladığı məlumatlara görə, cari əməliyyatlar hesabının kəsiri dekabr ayında 2020-ci ilin dekabr ayı ilə müqayisədə 401 milyon dollar artıb. Nəticədə on iki aylıq cari hesab kəsiri 14 milyard 882 milyon ABŞ dolları olub.
2021-ci ildə xarici ticarət kəsiri 2020-ci ilə nisbətən 23 faiz azalaraq 29 milyard 161 milyon dollara düşüb.
Cari əməliyyatlar hesabına – ölkənin xarici ticarəti (idxal-ixrac), əldə edilmiş və göstərilmiş xidmətlər, əldə edilmiş və ödənilmiş faktor gəlirlər (əmək haqqı, divident, faiz, renta və digər bu tip ödənişlər) və cari transfertlər (pul baratları, humanitar yardımlar, qrantlar və s.) aiddir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
1 saat əvvəl
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
-
-
1 saat əvvəl
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 2 dəfəyə yaxın artırıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
18% gəlir təklif edən istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
Ən çox oxunanlar
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir






















