Böyük Britaniyada İkinci Dünya Müharibəsindən bəri ən sürətli artım
Britaniya iqtisadiyyatının artım tempi 80 illik maksimuma çatıbBöyük Britaniya iqtisadiyyatında 2021-ci ildə İkinci Dünya Müharibəsindən bəri ən sürətli illik artımı qeydə alınıb.
Marja xəbər verir ki, Böyük Britaniya Statistika İdarəsinin məlumatına görə, 2021-ci ildə iqtisadiyyat 7,5 faiz artıb. Beləliklə, 1941-ci ildən bəri ən yüksək artım qeydə alınıb və Böyük Britaniya 2021-ci ildə ən sürətlə böyüyən inkişaf etmiş ölkə olub.
İqtisadiyyat pandemiya ilə əlaqədar olaraq 2020-ci ildə 9,4 faiz kiçilib və sonra hökumətin məşğulluq bazarının və şirkətlərə dəstək paketlərinin təsiri ilə bərpa olunmağa başlayıb. Ölkə iqtisadiyyatının bu il də digər G7 ölkələrini geridə qoyacağı gözlənilir.
Omicron variantının təsiri ilə dekabr ayında artım 0,2 faiz azalıb. Hökumət yoluxmaların artması səbəbindən məhdudiyyətlər tətbiq etdiyi üçün bu dövrdə xidmət sektoru 0,5 faiz azalıb. Bildirilir ki, məhdudiyyətlər yeni ildə də davam etdiyi üçün yanvar ayında artım zəif ola bilər.
Bu gün açıqlanan məlumatlardan sonra İngiltərə Mərkəzi Bankının inflyasiyanı azaltmaq üçün qarşıdakı aylarda da faiz artırmağa davam edəcəyi bildirilir.
Böyük Britaniyanın maliyyə naziri Rishi Sunak, "İqtisadiyyat stimullaşdırıcı paketimiz və doğru zamanda doğru işləri görməmiz sayəsində davamlı oldu" deyib.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 3 d. əvvəl
-
- 15 d. əvvəl
-
16 d. əvvəl
ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ixracı kəskin azalıb
- 49 d. əvvəl
-
1 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
1 saat əvvəl
Mərkəzi Bankın aktivləri azalıb, mənfəəti isə 724 milyon manatı keçib
-
1 saat əvvəl
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
- 1 saat əvvəl
- 9 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
“Monetri BOKT”un xalis mənfəəti 35% artıb
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 10 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
















.jpg)








