Bu ilin ilk ayında 24 mindən çox daşınmaz əmlak üzrə mülkiyyət hüququnun qeydiyyatı aparılıb
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti digər sahələrdə olduğu kimi, daşınmaz əmlakın qeydiyatında da operativliyə, şəffaflığa, vətəndaş məmnunluğuna xüsusi önəm verir. Bu sahədə tətbiq edilən yeniliklər, prosedurların sadələşdirilməsi daşınmaz əmlakın qeydiyyatının daha da aktivləşməsinə imkan yaradıb. Belə ki, cari ilin yanvar ayı ərzində 24.101 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, ötən ilin yanvar ayı ilə müqayisədə 19.3 % çoxdur.
Aylıq göstəricinin 4.101-i (17,02%-i) ilkin, 20.000-i (82.98%-i) isə təkrar qeydiyyatın payına düşüb.
Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 3.798-i fərdi yaşayış və bağ evi, 6.835-i mənzil, 12.534-ü torpaq sahəsi, 293-ü qeyri-yaşayış binası, 576-sı qeyri-yaşayış sahəsi, 61-i əmlak kompleksi, 4-ü isə çoxmərtəbəli yaşayış binasıdır. Qeyd edək ki, cari ilin yanvar ayı ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 6.501-i Bakı şəhərinin, qalanları isə bölgələrin payına düşür.
Daşınmaz əmlakın ilkin qeydiyyatı - Statistika
Cari ilin ilk ayı ərzində 1.273 fərdi yaşayış və bağ evi ilkin dövlət qeydiyyatına alınıb. 2021-ci ilin eyni dövrü ilə müqayisədə ilkin qeydiyyata alınan fərdi yaşayış və bağ evlərinin sayı 40% artıb. Analoji hal torpaq sahələrinin ilkin qeydiyyatında da müşahidə edilib. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə torpaq sahələrinin ilkin qeydiyyatı 6,3% artaraq 1.057 olub.
Cari ilin yanvar ayı ərzindəki texniki pasportun və ipoteka müqaviləsinin sayı
Bu ilin ilk ayı ərzində 18.608 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə, ötən ilin eyni dövrü ilə müqayisədə 12,8% artım deməkdir. 2021-ci ilin yanvar ayında qeydiyyata alınan ipoteka müqaviləsinin sayı ötən ilin ilk ayı ilə müqayisədə 86,9% artaraq 5.132 olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
4 d. əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 42 d. əvvəl
- 53 d. əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
1 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir












.jpg)




.jpg)


