ABŞ-da pərakəndə satışlarda son 10 ayda ən böyük artım qeydə alınıb
ABŞ Ticarət Nazirliyinin məlumatına görə, yanvar ayında pərakəndə satışlar 3,8 faiz artıb. Marja xəbər verir ki, Bloomberg-in sorğusuna qatılan iqtisadçıların orta hesablamaları 2 faiz artım olacağı itiqamətində idi.
Əvvəlki ayın məlumatları 1,9 faizdən 2,5 faizə endirilib.
Avtomobil istisna olmaqla pərakəndə satışlar bu dövrdə 3,3 faiz artıb. Proqnoz 3,1 faiz idi. Əvvəlki ayda satışlar 2,8 % azalmışdı. Avtomobil və yanacaq xaric satışlar 3,8% artıb.
Omikron variantına yoluxanların artması yanvar ayında xidmət sektoruna mənfi təsir göstərib, məşğulluq bazarındakı yaxşılaşma isə avtomobil və mebel kimi istehlak xərclərini dəstəkləyib.
Yanvarda ABŞ-da sənaye istehsalı artıb
Yanvar ayında ABŞ-da sənaye istehsalı mülayim artıb. Bu artım göstərib ki, istehsalçılar xammal və məşğulluq çatışmazlığı ilə daha yaxşı mübarizə aparırlar.
FED-in açıqladığı məlumatlara görə, sənaye istehsalı yanvar ayında aylıq müqayisədə 1,4 faiz artıb. İllik artım isə 4,1 faiz təşkil edib.
Sənaye istehsalının artmasına baxmayaraq, istehsalçılar inflyasiya təzyiqləri ilə mübarizə aparırlar. Dünən açıqlanan məlumatlara görə, ölkədə istehsalçı qiymətləri yanvar ayında 9,7% artaraq rekorda yaxın olub.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 3 d. əvvəl
-
- 15 d. əvvəl
-
16 d. əvvəl
ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ixracı kəskin azalıb
- 49 d. əvvəl
-
1 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
1 saat əvvəl
Mərkəzi Bankın aktivləri azalıb, mənfəəti isə 724 milyon manatı keçib
-
1 saat əvvəl
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
- 1 saat əvvəl
- 9 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
“Monetri BOKT”un xalis mənfəəti 35% artıb
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 10 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub


























