Böyük Britaniya investor vizası olan “qızıl viza”nı dayandırdı
Britaniya Daxili İşlər Nazirliyi Rusiya ilə bağlı narahatlıqlar ilə əlaqədar olaraq varlı xarici investorların Böyük Britaniyada yaşamasına icazə verən “qızıl viza” tətbiqini dayandırıb.
Marja-nın məlumatına görə, Daxili İşlər Nazirliyinin bəyanatında deyilir ki, qanunsuz olaraq sərvət əldə edən və daha geniş korrupsiya ilə əlaqəli şəxslər üzrə bir sıra hallar təhlükəsizlik ilə bağlı narahatlıqları artırıb.
Açıqlamada sui-istifadə hallarının qarşısını almaq üçün “Tier 1 İnvestor vizası” ilə bağlı islahatlara başlandığı və Daxili İşlər Nazirliyinin vizanı dayandırdığı açıqlanıb.
Ölənin daxili işlər naziri Priti Patel deyib: "Mənim yeni İmmiqrasiya Planım bizi təhdid edən korrupsioner elitanı dayandırmağı ehtiva edir".
“Qızıl viza” kimi tanınan “Tier 1 İnvestor vizası” ərizəçiyə Böyük Britaniyada yaşamağa imkan verirdi. Viza müraciətləri üçün minimum 2 milyon funt-sterlinq investisiya tələb olunurdu.
Korrupsiya yolu ilə var-dövlət qazanan Rusiya vətəndaşlarının viza üçün müraciət etməsi narahatlıq doğururdu.
İcmalar Palatasının Xarici Əlaqələr Komitəsinin 2018-ci ildə açıqladığı hesabatda nazirlər “Rusiyadan Londona axna çirkli pullara göz yumaraq, milli təhlükəsizliyi riskə atmaqda” günahlandırılmışdı.
"Times" qəzeti yazıb ki, proqramın ilk 8 ilində ən azı 700 Rusiya vətəndaşı bu vizadan yararlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 10 saat sonra
-
-
5 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 11 saat əvvəl
-
12 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!

























