Qətər şirkəti Azərbaycanda 100 MVt-lıq gücdə külək elektrik stansiyaları tikə bilər
Energetika naziri Pərviz Şahbazov Qaz İxrac edən Ölkələr Forumunun (GECF) tədbirləri çərçivəsində Dohada bir sıra görüşlər keçirib.
Marja xəbər verir ki, nazir, “Nebras Power” şirkətinin baş icraçı direktoru Xalid Məhəmməd Jolo ilə görüşüb.
Görüşdə qoyuluş gücü 550 MVt-dək olan qaz-turbin, eləcə də Laçın və Kəlbəcər rayonları ərazisində 100 MVt-lıq gücdə külək elektrik stansiyalarının tikintisi layihələri üzrə əməkdaşlıq məsələləri müzakirə edilib.
Həmçinin işğaldan azad olunmuş ərazilərdə nəzərdə tutulan bərpa olunan enerji layihələri və Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi potensialının reallaşdırılması ilə bağlı planlara dair fikir mübadiləsi aparılıb. “Nebras Power” şirkəti ilə birgə planların Qətərlə enerji əməkdaşlığının inkişafı və enerji sektoruna investisiyaların cəlbi üçün fürsətlər yaratdığı qeyd edilib.
Pərviz Şahbazov, GECF-in Baş katibi Məhəmməd Hamel ilə görüşdə qlobal qaz bazarındakı hazırkı tendensiyalar, Azərbaycan və GECF arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivlər nəzərdən keçirilib. Energetika naziri bildirib ki, Azərbaycan 21-ci əsrin ən nəhəng layihələrindən birini - Cənub Qaz Dəhlizini reallaşdırıb. Bu dəhliz vasitəsilə Avropa bazarına daxil olub və istehlakçıların etibarını qazanıb. Nazir Cənub Qaz Dəhlizinin genişləndirilməsi perspektivlərinə də toxunaraq, bu məqsədlə zəruri addımlar və Azərbaycanın qaz ehtiyatlarından bəhs edib. Bildirilib ki, dəhlizin əsas resurs mənbəyi olan “Şahdəniz” yatağından indiyə kimi 160 milyard kubmetrə yaxın qaz hasil edilib və bu yatağın ehtiyatları isə 1 trilyon kubmetrdən çoxdur. Təsdiq olunmuş və proqnozlaşdırılan ehtiyatları da nəzərə aldıqda Azərbaycanın qaz ölkəsi kimi inkişafı üçün böyük imkanlar var. Ölkəmiz bundan sonra da regional və qlobal enerji təhlükəsizliyinin təminatında səylərini, həmçinin Forum ilə əməkdaşlığı və dialoqu davam etdirməyə hazırdır.
Baş katib Məhəmməd Hamel isə deyib ki, təbii qaz növbəti onilliklərdə enerji keçidi prosesində həlledici rol oynayacaq. Təbii qaz enerji yoxsulluğu, enerji təhlükəsizliyi və ətraf mühitlə bağlı məsələlərin həllini təmin edir. Bu aspektdə Forum çərçivəsində qaz sektoruna dəstəyi təmin edən əməkdaşlığın vacibliyi qeyd edilib. GECF-in Baş katibi Azərbaycanın qaz təchizatının dayanıqlığında rolunu qeyd edərək, ölkəmizin forumun mühüm iştirakçılarından biri olduğunu bildirib. O, həmçinin Azərbaycan Prezidentinin “OPEC plus” formatının yaradılması prosesinə töhfələrini yüksək qiymətləndirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 3 gün sonra
-
-
13 d. əvvəl
“Cahan Holdinq” 2026-cı ildə 340-a yaxın yeni iş yerinin yaradılmasını nəzərdə tutur
- 43 d. əvvəl
-
11 saat əvvəl
"Artıq 6 aydır ki, sülh şəraitində yaşayırıq. Bu, xüsusi bir hissdir"
-
15 saat əvvəl
Bu gün daha 560 ton taxıl Azərbaycandan keçməklə Ermənistana göndəriləcək
- 15 saat əvvəl
-
15 saat əvvəl
SpaceX - xAI müqaviləsindən sonra Maskın xalis sərvəti ilk dəfə 850 milyard dolları keçib
-
15 saat əvvəl
Anthropic-in yeni süni intellekt plaginləri 300 milyard dollar itki yaratdı
- 16 saat əvvəl
-
16 saat əvvəl
Bank Olmayan Kredit Təşkilatına 17%-lə pul lazımdır - ŞƏRTLƏR
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
SpaceX - xAI müqaviləsindən sonra Maskın xalis sərvəti ilk dəfə 850 milyard dolları keçib
Ən çox oxunanlar
"Dedollarizasiya prosesinin sona qədər getməsini istəmirik"
Bank Olmayan Kredit Təşkilatına 17%-lə pul lazımdır - ŞƏRTLƏR
Azərbaycan bankı İslam prinsiplərinə uyğun məhsullarını təqdim edir
PayPal-ın İcraçı direktoru dəyişib
Henkel Niderlandın örtük materialları şirkəti Stahl-ı satın alacaq
Birbank Biznes-dən sahibkarlar üçün yeni tariflər


























