Putin Rusiya qoşunlarının Donetsk və Luqanska göndərilməsi barədə göstəriş verib
Rusiya prezidenti Vladimir Putin rus qoşunlarının Donetsk və Luqansk Xalq Respublikaları ərazisinə göndərilməsi barədə göstəriş verib.
Marja xəbər verir ki, bu barədə Putinin çərşənbə axşamı imzaladığı “Donetsk Xalq Respublikası” (DXR) və “Luqansk Xalq Respublikası”nın (LXR) "müstəqilliyininin" tanınması haqqında fərmanlarda deyilir. Sənədlərin mətnləri hüquqi informasiya saytında yerləşdirilib.
Sənədlərə əsasən, Müdafiə Nazirliyinə Rusiya Federasiyası silahlı qüvvələrinin köməyi ilə Donetsk və Luqanskda “sülhməramlı funksiyaların həyata keçirilməsini təmin etmək” tapşırılıb.
"Qərar "DXR" və "LXR" rəhbərləri Denis Puşilin və Leonid Paseçnikin müraciətləri ilə əlaqədar qəbul edilib", - fərmanlarda deyilir.
Xarici İşlər Nazirliyinə respublikalarla diplomatik əlaqələr qurmaq tapşırılıb.
Rusiyanın qondarma "DXR" və "LXR" ilə müqavilələri bir-birinin ərazisində hərbi infrastrukturdan və hərbi bazalardan istifadə etmək hüququ verir, Donbass sərhədlərinin birgə mühafizəsini nəzərdə tutur.
Həmçinin Putin qondarma "DXR" və "LXR" ilə dostluq və qarşılıqlı yardım haqqında müqavilələr imzalayıb və Federal Məclisdən onları dərhal ratifikasiya etməyi xahiş edib.
"Çərşənbə axşamı saat 9:00-da Dövlət Dumasının MDB və beynəlxalq məsələlər üzrə komitələrinin birgə iclası keçiriləcək, saat 12:00-da isə sənədlər ratifikasiyaya təqdim olunacaq", - Duma komitəsinin rəhbəri Leonid Slutski bildirib.
Təxminən bir saat davam edən müraciətində Putin "DXR" və "LXR"nin tanınması qərarını “çoxdan gecikmiş” qərar adlandırıb, Ukrayna hakimiyyətini Donbassda "Blitzkrieg" cəhdində ittiham edib və onlara ultimatum verib. “Biz hərbi əməliyyatların dərhal dayandırılmasını tələb edirik. Əks halda, qan tökülməsinin mümkün davamı üçün bütün məsuliyyət tamamilə Ukrayna rejiminin üzərində olacaq”, - deyə prezident bildirib.
Həmçinin oxu
Rusiya “DXR” və “LXR”in “müstəqilliyi”ni tanıyıbMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























