Avtomobil Yolları Dövlət Agentliyinin sədri 1 ailənin öldüyü qəzadan danışdı
“2-3 gün əvvəl Bakı-Quba yolunda baş verən faciə mənim özümə də pis təsir edib. Mətbuat işçiləri gündəlik avtomobil yollarında faciələri hesablayıb nəzərə alsalar, görərlər ki, bu da həmin faciələrdən biridir, milli faciə deyil”.
Bunu Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov 2021-ci il ərzində görülmüş işlərlə bağlı keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, bu yolda sürət həddinin nizamlanması üçün yol işarələri var: “Əcəl Allahın işidir, minimal sürətlə gedəndə də faciə baş verə bilər. Hər birinizdən xahiş edirəm, gedin həmin yola baxın. O körpüyə yaxınlaşma yolu olub. 1984-86-cı illərdə ilk dəfə çəkilib və Sumqayıt ərazisindən keçir.
2008-ci ildən yenidən rekonstruksiya olunub. Sumqayıt çayı üzərində sonradan mütəmadi çökmələr olub. Biz bunu nəzərə alaraq tez-tez təmir işləri aparırıq. Orada daralma işarəsi qoyulub və sürət həddi endirilib. Ola bilər sürücü sürət həddinə baxmayıb və faciə baş verib. Amma bu məsələ milli faciə deyil”.
Xatırladaq ki, fevralın 17-də Bakı-Quba avtomobil yolunun Sumqayıtdan keçən hissəsində “Mercedes” markalı avtomobil körpüdən aşıb. Qəza nəticəsində bir ailənin 3 üzvü - sürücü 1988-ci il təvəllüdlü Əliyev Seymur Fikrət oğlu, həyat yoldaşı 1999-cu il təvəllüdlü Ələkbərova Fidan Mövsüm qızı və onların övladları 2021-ci il təvəllüdlü Həmzə hadisə yerində ölüb.
DYP-nin rəsmi məlumatına görə, qəza yolun nahamar olmasına görə baş verib.
15%-DƏN BAŞLAYAN KREDİTİ ONLAYN ƏLDƏ ET
© “Qafqazinfo”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 17 d. əvvəl
-
-
30 d. əvvəl
ABŞ-nin müdaxiləsindən sonra təklif narahatlıqları fonunda neft qiymətləri "dalğalanır"
- 47 d. əvvəl
-
1 saat əvvəl
Venesuela ABŞ hökumətini inkişaf yönümlü əməkdaşlıq proqramı üzərində birgə işləməyə dəvət edir
-
3 saat əvvəl
“Azərbaycanla 33 milyard kubmetrlik qaz sazişini razılaşdırdıq, münasib qiymətə qaz alacağıq”
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
1 gün əvvəl
Venesuela Prezidentin səlahiyyətlərini icra edən şəxs təyin edilib
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp: ABŞ-nin böyük neft şirkətləri Venesuelada fəaliyyətə başlayacaqlar
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Venesuela ABŞ hökumətini inkişaf yönümlü əməkdaşlıq proqramı üzərində birgə işləməyə dəvət edir
OPEC+ neft hasilatını sabit saxlamaq qərarını təsdiqlədi
Venesuela nə qədər neft ehtiyatına malikdir?
Venesuela Prezidentin səlahiyyətlərini icra edən şəxs təyin edilib
ABŞ Venesuelanı idarə edəcək
ABŞ-dən Venesuelaya tarixi müdaxilə




























