2026-cı ildə elektrikli avtomobillərin evdə enerji yığmasına 16 milyard dollar xərclənəcək
2021-ci ildə 3,4 milyard dollar olan evdə elektrik enerjisinin doldurulmasına xərclənən vəsaitin 5 il ərzində dünya üzrə 16 milyard dolları keçəcəyi gözlənilir. Evdə, elektriklə işləyən avtomobillər üçün enerji yığmaq xərclərinin yüksək artmasına səbəb olan ən mühüm amil onun aşağı qiyməti və istifadənin asanlığıdır.“Juniper Research” Texnologiya Bazarı Araşdırma və Təhlil Şirkəti tərəfindən aparılan araşdırmanın nəticələrinə görə, 2026-cı ilə qədər 35 milyon ev təsərrüfatında elektriklə işləyən avtomobillərin enerji yığmaları üçün cihaz quraşdırılacağı proqnozlaşdırılır.
Marja xəbər verir ki, qlobal yüksək texnologiya sənayesinə tədqiqat, analitik xidmətlər, məsləhətlər verən və analitik hesabatlar hazırlayan "Juniper Research"in yeni araşdırmasına görə, evdə elektrik avtomobillərinin enerji yığmasına xərclənən vəsaitin 2026-cı ilə qədər qlobal miqyasda 16 milyard dolları ötəcəyi gözlənilir.
Qarşıdakı 5 ildə 400%-i keçəcək bu sürətli artım tempinin səbəbləri elektriklə işləyən nəqliyyat vasitələri üçün daha aşağı qiymət üstünlüyü və baha başa gələn, əlverişsiz ümumi doldurma şəbəkələrindən istifadə etmək əvəzinə bunun evdə daha rahat edilməsidir. Elektrikli avtomobillər üçün enerji yığma cihazlarını evdə quraşdıran istifadəçilərin 55%-i divara quraşdırılan cihazlardan, 45%-i isə plug-in cihazlarından istifadə edir.
2021-ci ildə cəmi 2 milyon olmuş məişət divar tipli enerji yığma cihazlarının syının 2026-cı ilə qədər 21 milyon ədədə çatacağı gözlənilir. "Ev üçün cihazlar alternativlərdən daha sərfəli və daha ucuzdur. Həm avtomobil istehsalçıları, həm də hökumətlər elektromobillərin evdə enerji yığması layihələrinin dəstəkləməkdədir" - tədqiqatın müəlliflərindən Nick Maynard bildirib.
Məişət Elektrikli Avtomobil Enerji Yığma Cihazı Bazarı 2026-cı ilə qədər 5,5 milyard dollara çatacaq.
Tədqiqat ev cihazları bazarının 2021-ci ildə cəmi 1,8 milyard dollardan 2026-cı ildə 5,5 milyard dollara çatacağını proqnozlaşdırır. Hesabatda, evdə enerji toplama cihazı istehsalçılarının böyüməsini sürətləndirmək üçün avtomobil istehsalçıları ilə tərəfdaşlığa diqqət yetirmələrinin zəruriliyi vurğulanır.
Asiyada ev təsərrüfatları evdə elektrik enerjisi doldurma qurğusuna orta hesabla 678 dollar, Avropada orta hesabla 377 dollar, Şimali Amerikada isə 349 dollar xərcləyirlər.
Elektrikli avtomobillər(elektromobillər) üçün enerji yığan cihazın ən böyük satıcıları Tesla, Charge Point, ABB, Siemens və EO-dur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
32 d. əvvəl
“Aztelekom”a vətəndaş müraciətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb
-
-
41 d. əvvəl
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
- 43 d. əvvəl
-
53 d. əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Kapital Bankın xalis mənfəətində son 3 ilin ən yüksək nəticəsi qeydə alınıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?
Kapital Bank digər banklarda depozitlərini kəskin artırıb
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Azər Bayramov iqtisadiyyat nazirinin müavini təyin edilib




















