Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Rusiya bankı Çinin UnionPay kartlarına keçir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rusiya bankı Çinin UnionPay kartlarına keçir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Sberbank" xaricdə alış-veriş zamanı ödəniş etmək və nağd pul çıxarmaq üçün istifadə oluna bilən UnionPay kartlarının emissiya imkanlarını araşdırır.

"Sberbank "Mir kart"ın  "UnionPay" variantının emissiyası imkanlarını nəzərdən keçirir. Başlanğıc tarixi barədə məlumat verəcəyik", - bankdan bildiriblər.

UnionPay kartları həm Rusiyada, həm də UnionPay ödəniş sistemi ilə işləməyi dəstəkləyən 180 ölkədə qəbul edilir.

UnionPay 2002-ci ildə əsası qoyulmuş Çinin beynəlxalq ödəniş sistemidir. Ödənişlərin qəbulu şəbəkəsinə İsveçrə, Yunanıstan, İtaliya, İspaniya, Almaniya, Meksika, Kipr, Tayland, Hindistan, İsrail, Portuqaliya, Xorvatiya, Polşa, Serbiya, Macarıstan, Avstriya daxildir.

Beynəlxalq ödəniş sistemləri Visa və Mastercard eyni vaxtda yaxın günlərdə Rusiyada fəaliyyətlərini məhdudlaşdırmaq qərarına gəliblər. Rusiya banklarının Visa və Mastercard kartları Rusiyada və digər ölkələrdə təxminən üç gün ərzində əvvəlki kimi işləyəcək.

Eyni zamanda, 3 gündən sonra bütün Rusiya banklarının Visa və Mastercard kartları Rusiya Federasiyası daxilində işləməyə davam edəcək. Lakin ölkə hüdudlarından kənarda kart əməliyyatları mümkün olmayacaq. Bu həm xarici onlayn mağazalarda alış-verişin ödənişinə, həm də bu kartlardan xaricdə istifadəyə aiddir.

06.03.2022 11:48

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18