"OPEC-in hasilatı məhdudlaşdırması 5 il davam edəcək"
Səudiyyə Ərəbistanının energetika naziri Xalid Əl-Falih, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) məhdudlaşdırmalarının (hasilatın azaldılması) gələcək 5 il ərzində də gözləndiyini söyləyib.
"Marja" xəbər verir ki, Əl-Falih, 8-ci Beynəlxalq Davamlı İnkişaf Üçün Enerji Forumu çərçivəsində keçirdiyi mətbuat konfransda, ABŞ-ın böyük bir neft bazarı olduğunu xatırladıb və həmin bazarın Səudiyyə Ərəbistanı üçün əhəmiyyətli olmağa davam edəcəyini vurğulayıb.
OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!
Yaxınlarda ABŞ-da böyük neft emalı zavodunu satın aldıqlarını qeyd edən Əl-Falih, aldıqları emalı zavodunu neft ixracını artırmaq üçün istifadə edəcəklərini dilə gətirib.
Əl-Falih, ABŞ-ın Meksika Körfəzində yaxşı istehsala malik olduğuna işarə edərək, "Onların nefti başqa yerlərə göndərilir və biz OPEC-in razılaşması çərçivəsində hasilatı və nəqli məhdudlaşdırırıq" deyib.
Hasilatın azaldılmasının ölkəsinin ABŞ bazarındakı payının artırılması hədəfinə təsir göstərməyəcəyini vurğulayan Əl-Falih, "Biz bunu 15-18 milyard dollarlıq ciddi investisiyalarla dəstəkləyirik. Ancaq, ABŞ olmasa, başqa yerlərə ixrac edəcəyik" şəklində danışıb.
Əl-Falih, OPEC-in hasilatı azaltmasına toxunaraq, "Bu başlanğıcdır və biz gələcək 5 ildə böyük məhdudiyyətlər gözləyirik. Ondan sonra bəlkə, tələb və təklif tarazlığı dəyişəcək və biz bütün bazarda öz niyyətimizi həyata keçirməyə davam edəcəyik" ifadələrini istifadə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 32 d. əvvəl
-
-
35 d. əvvəl
“Rabitəbank” beynəlxalq ödəniş sisteminin “Principal member” statusunu əldə edib
-
37 d. əvvəl
“Rabitəbank”dan daha bir yenilik - elektrikli avtomobillərin şarj ödənişlərinə 10% keşbek
-
43 d. əvvəl
“Azeronline” “mygov ID” platformasına inteqrasiya olunan ilk provayder oldu
-
1 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
- 1 saat əvvəl
-
1 saat əvvəl
Türkmənistan Xəzərin dibi ilə enerji kabeli layihəsində iştirak imkanını araşdırır
-
1 saat əvvəl
Azərbaycan üzrə şirkətlərin sayı 7%-ə yaxın, Naxçıvan üzrə isə 15%-ə yaxın artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Mayın 19-da gözlənilən hava şəraiti
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Ən çox oxunanlar
Mingəçevir Sənaye Parkında istehsal və ixracın həcmi artıb
“İrşad BOKT”ın kredit portfeli 22 dəfəyə yaxın artıb
Baku Electronics-də yaz fürsətləri davam edir!
Bank Respublika “Qızıl Seçim” lotereyasının ikinci tirajının qaliblərini elan etdi!
Samsung-un 45 mindən çox əməkdaşı 18 günlük tətilə çıxa bilər







.jpg)


















