"Ölənlərin sayı 20 minə çata bilər, meyitlər həyətlərdə, küçələrdə basdırılır"
Ukraynanın Mariupol şəhər merinin müşaviri Petr Andryuşenko bildirib ki, şəhərdə fəlakətli vəziyyət yaranıb, Rusiya hərbçilərinin mülki qurbanlarının sayı 20 min nəfərə yaxınlaşa bilər.
P.Andryuşenko “İndiki vaxt”ın efirində bildirib.
"Bizdə ölən mülki şəxslərlə bağlı həqiqətə uyğun olmayan məlumatlar var, çünki onlar polisdən alınıb, tibb müəssisələri ilə razılaşdırılıb. Bu, bizim bildiyimiz az sayda insandır. Dünənə (martın 13-nə - red.) olan kiçik say 1 800 nəfər idi. Dörd gün əvvəl biz "nikbin" ssenaridən danışırdıq - indi isə 10 minə yaxın qurban. Amma artan intensivliklə və dəfələrlə artan o qəddarlıqla deyə bilərik ki, blokada indi başa çatır, biz heç olmasa bu insanları axtarmağa başlaya bilərik, onda indiyə qədər qurbanların sayı 20 minə yaxınlaşacaq”, - Andryuşenko deyib.
O qeyd edib ki, şəhər qəbiristanlığı Rusiya ordusunun nəzarətində olan ərazidə yerləşdiyindən ölənlər həyətlərdə, küçələrdə basdırılır. Lakin mərmilərin şiddətindən insanlar sevdiklərini dəfn etmək üçün çölə belə çıxa bilmirlər.
Andryuşenko onu da əlavə edib ki, insanlar Mariupoldan öz təhlükə və riskləri ilə təxliyə edilir, çünki Rusiya ordusundan heç bir zəmanət yoxdur. Təhlükəsizliyə yalnız Ukrayna ordusunun nəzarətində olan ərazidə zəmanət verilir.
KREDİTİ ONLAYN əldə et – 20 000 AZN-dək, 13,99%-dən, 0% komissiya
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 44 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























